Axtarış...

Yoluxanların bu günə olan statistikası açıqlandı

Yoluxanların bu günə olan statistikası açıqlandı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 117 yeni yoluxma faktı qeydə alınıb 1 581 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib.

Xatırladaq ki, 10 Dekabr 2021-ci il tarixində 1109 yoluxma faktı və 17 ölüm qeydə alındığı açıqlanmışdı. 13 Dekabr 2020-ci il tarixində açıqlanmış fakt (4451) bugünədək qeydə alınmış ən yüksək günlük yoluxma sayı idi.

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 31 944 vaksin vurulub.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 447, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 198, buster doza üzrə vaksinasiya olunanların sayı isə 24 299 nəfərdir.
Yoluxanların bu günə olan statistikası açıqlandı
Text-to-Speech

DİNLƏ






Şərh yaz