Azərbaycanın xalq artisti, Milli Konservatoriyanın professoru Mənsum İbrahimovun diplomat qızı Aysel İbrahimliyə Xarici İşlər Nazirliyində yüksək vəzifə verilib.
Millitv.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, bir müddət əvvəl Azərbaycanın xarici ölkələrin birinin səfirliyində müşavir və 3-cü katib vəzifəsində çalışan Aysel İbrahimli geri çağırılaraq XİN-də idarələrin birinə ikinci katib vəzifəsinə təyinat alıb.
Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramovun müvafiq əmri ilə bir neçə gün əvvəl diplomatik rütübəsi artırılan Aysel İbrahimli birinci katib vəzifəsinə gətirilib.