“Azərtelekom” MMC-də strategiya üzrə müşavir vəzifəsinə təyinat olub.
“Report” xəbər verir ki, bu vəzifə Azər Bayramova həvalə edilib.
O, bundan əvvəl Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ləğv edilmiş İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktoru vəzifəsində çalışıb.
Xatırladaq ki, "Azərtelekom" 2008-ci ildə yaradılıb, Azərbaycanın aparıcı telekommunikasiya operatorudur. Onun nizamnamə kapitalı 5 231 578 manatdır.