Axtarış...

Şəki nə vaxtdan UNESCO-nun qoruq şəhəri oldu? - Deputat GÜL VURUR...

Şəki nə vaxtdan UNESCO-nun qoruq şəhəri oldu? - Deputat GÜL VURUR...

Ötən həftə Milli Məclisdən ayda 220 manat kirayə haqqı alan deputatların siyahısı yayıldı. Həmin deputatların Cəbi Quliyev, Ülviyyə Həmzəyeva, Müşfiq Cəfərov, Pərvin Kərimzadə, Naqif Həmzəyev, Vüqar İskəndərov, Ramil Həsən, Şahin Seyidzadə, Anar Məmmədov, Emin Hacıyev və Cavid Osmanovun olduğu da açıqlandı. Adıçəkilən deputatlar barəsində sosial şəbəkələrdə və elektron kütləvi informasiya vasitələrində müxtəlif fikirlər səsləndirildi. Ən çox müzakirə obyektinə çevrilən isə gənc deputat Anar Məmmədov oldu ki, yaydığı açıqlama ilə özünü ifşa etmiş oldu.

Mətbuatın apardığı araşdırmalar nəicəsində rəsmi olaraq kirayədə yaşadığı qeyd edilən deputat Anar Məmmədovun ölkənin oliqarxlarından biri olan, sabiq nazir Ziya Məmmədovun şəriki, tikinti maqnatı Qulam Ələkbərovun kürəkəni olduğu üzə çıxdı. Deputat özü isə Milli Məclisdən kirayə ilə bağlı ona heç bir məvacib ödənilmədiyini açıqladı. ” Mən nə kirayə haqqı alıram, nə də ki, kirayədə qalıram. İndiyədək də kirayə pulu ilə bağlı müraciət etməmişəm və heç bir məvacib də ödənilməyib”. “Axar.az” isə “məvaciblə” kirayə haqqı üçün 220 manat “əlavə ödənişi” ayırd edə bilməyən deputatın ali təhsili ilə bağlı ortaya şübhəli suallar çıxardı.

“Anar Məmmədov gəncdir, 1984-cü il təvəllüdlüdür, 3 dil bilir, tam 4 ali təhsil alıb: Azərbaycan Texniki Universiteti (Nəqliyyat fakültəsi) və BDU-nun Hüquq fakültəsini (2005-2010) bitirib, daha sonra 2014-cü ildə Taras Şevçenko adına KMU-nun aspiranturasına daxil olub, 2017-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinə qəbul olunub…

Qəbir evinə qədər oxumaq lazımdır. Ancaq başa düşmürəm, ikinci təhsili niyə 5 il alırdı ki? Nəqliyyatçı, hüquqşünas, aspirantura, sonra da memar… Fərqli ixtisaslarla insan nəyə nail olmaq istəyir? 2014-cü ildə Ukraynada aspiranturaya girəndən sonra 2017-ci ildə ölkədə Memarlıq və İnşaat Universitetinə daxil olmağın nə adı var?”

Qeyd edək ki, VI çağırış Milli Məclisə deputat seçilmiş yeni simalar son vaxtlar bir-birinə zidd açıqlamalar yaymaqla özlərini ifşa edirlər. Onlardan biri də Milli Məclisdən ayda 220 manat kirayə haqqı alanların siyahısında yer almış Vüqar İskəndərovdur. Onun da kirayədə qalması bizdə şübhə yaradır. Çünki, Vüqar İskəndərov 2005-ci ildən 2020-ci ilə qədər Şəki şəhər Gənclər və İdman İdarəsi kimi bir qurumun rəisi olub. Yəni rayonda idman malları satıb. O, həm də Yeni Azərbaycan Partiyasının Şəki Təşkilatı sədrinin müavini, Şəki şəhər İcra Hakimiyyəti başçısı yanında şuranın üzvü olub. Bu kimi vəzifələrdə çalışmış bir deputatın Bakıda mənzilinin olmaması heç inadırıcı gəlmir. İndi adi bir kənd bələdiyyəsinin sədrinin belə paytaxtda bir neçə mənzili varsa, 15 il Şəki rayon Gənclər və İdman İdarəsinin rəisi işləmiş Vüqar İskəndərovun kirayədə qalmasına kim inanar? Bu yöndə araşdırmalar aparırıq və yaxın günlərdə daha ətraflı məlumatlar verəcəyik. Keçək əsas məsələyə.

Əsas məsələ, ölkədəki ictimai-siyasi hadisələrə dövrü mətbuatda vaxtaşırı açıqlamalar verən, münasibətlər bildirən, lakin Milli Məclisin iclaslarında susan 113 saylı Şəki şəhər seçki dairəsindən deputat seçilən, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu, gənclər və idman kömitələrinin üzvü olan, mandat aldığı gündən səsi eşidilməyən Vüqar İskəndərov son iclasların birində Şəkinin həlli vacib olan problemlərindən məsələ qaldırmasıdır. Əlbəttə bu təqdirəlayiq bir haldır və çox güman ki, Şəki şəhərinin sosial problemlərinin həll olunması istəyindən irəli gəlib. Amma o bunu necə istəyib? Bunu redaksiyamıza təqdim olunmuş videogörüntüdən izləyə bilərsiniz. Çıxışın mətni:

Hörmətli, hökümət üzvləri! Salamlayıram hər birinizi. Demək keçən dəfə mən qeyd etmişdim ki, bu məslə sözün əsl mənasında özünü qoruyub saxlayır. (?) Şəki şəhərində 10 ildir ki, 2010-cu ildən şəhərin su və kanalizasiyasının yenidən qurulması layihəsi həyata keçirilir. Artıq 11 ildir ki, bu məsələ yarımçıq qalıb və şəhərin yolsuzluq halına gəlib. (?) Ümumiyyətlə, şəhər ərazisində hətta avtomobillərin belə yürüməsi tamamilə çətinlik halına gəlib. Bilirsiniz ki, Şəki UNESCO-nun qoruq şəhəridir. (?) Orada cənab prezident və Mehriban xanımın böyük səyi nəticəsində bu böyük nailiyyətləri qazanmışıq. Lakin orada kriteriya da var. Şəhərin (?) qazanması və uyğun gəlməsi məsələsi var. Əgər həmin uyğunluq özünün həllini tapmasa, UNESCO həmin qərarı geri ala bilər. O mənada işlərin görülməsinə böyük ehtiyac var. Yəni, şəhər xüsusi statusu olan bir şəhər olduğu üçün ora xüsusi yanaşmağa da ehtiyac var. Əgər şəhərin yollarının 100 km-ə (?) yaxın hissəsində bu işlərin görülməsi bitib. Biz istərdik ki, 2022-ci ilin büdcəsindən həmin küçələrin asfaltlaşmasına mütləq maliyyə ayrılsın.”

Qeyd edək ki, Şəki şəhərində Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olunmasına dair sertifikatın təqdimatı 7 iyul 2021-ci ildə baş tutub.”İçərişəhər, Qız Qalası və Şirvanşahlar Saray Kompleksi”, “Qobustan Qaya Sənəti Mədəni Landşaftı”ndan sonra “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” Azərbaycanın Ümumdünya İrs Siyahısına salınan üçüncü mədəni irs məkanı olub. Eyni zamanda, indiyə qədər “Azərbaycanın xalçası” sənəti, muğam sənəti, aşıq sənəti və Novruz bayramı da UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib. Bu, o deməkdir ki, Şəki Xan Sarayı, tarixi abidələr, sənətkarlıq emalatxanaları və yaşayış evləri təkcə xalqımızın deyil, həm də bəşəriyyətin mədəni irsi hesab olunur.

Məlum olduğu kimi, Bakı şəhərində “İçərişəhər, Qız Qalası və Şirvanşahlar Saray Kompleksi” də “UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş tarixi abidələrdəndir. Amma Bakı şəhəri UNESCO-nun qoruğu deyil. O cümlədən də Şəki şəhəri UNESCO-nun qoruğu deyil, şəhərdəki “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi “UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş yüzlərlə tarixi mədəniyyət abidələrdən biridir. Qoruq isə tarix və mədəniyyət üçün böyük əhəmiyyəti olan, dövlət tərəfindən mühafizə edilən ərazilər və ya məskənlərə deyilir. Şəkidə isə bu “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğu hesab edilir.

Xatırladaq ki, iki il əvvəl professor deputat Xanhüseyn Kazımlının məşhur nitqindən də Azərbaycan əhalisi heç nə başa düşə bilməmişdi. Vüqar İskəndərovun bu “möhtəşəm” çıxışı da uzun müddət Şəki seçicilərinin yaddaşında qalacaqdır. Aktualinfo.org ötən yazılarda Vüqar İskəndərovun tərcümeyi-halına əsaslanaraq onun 1996- 2001-ci illərdə Gürcüstan Respublikası Laqodexi Elmi Tədris İnstitutunun hüquq fakültəsində qiyabi təhsil aldığı barədə məlumat vermişdi. Diplomunda olan şübhəli məqamlara aydınlıq gətirən Vüqar İskəndərov dövrü mətbuata diplomunun Təhsil Nazirliyi tərəfindən 2011-ci ildə tanınındığını açıqlamışdı.O, bu çıxışı ilə bir daha sübut etmiş oldu ki, həqiqətən Laqodexi Elmi Tədris İnstitunun məzunu olmuşdur. //aktualinfo.org//
My Webpage
My Webpage

Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz