Axtarış...

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadədən tüstü, ov, balıq biznesi

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadədən tüstü, ov, balıq biznesi

Hüseynqulu Bağırov Ekologiya və Təbii Sərvətlər naziri vəzifəsindən azad olunanda meşələr, dağlar, göllər, çaylar, balıqlar, ağaclar, bir sözlə, Azərbaycan təbiəti rahat nəfəs aldı.
Eyni zamanda cəmiyyət də düşündü ki, yeni nazir Muxtar Babayev bu “terrora” son qoyacaq.
Amma təəssüf ki, belə olmadı.
Yeni nazir Muxtar Babayevin kadrları əvvəlkilərdən də amansız oldu.
Muxtar Babayevin kadrlarından biri də Hikmət Əlizadədir.
Söhbət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadədən gedir.
Bu adam ilk açıqlamasında Sumqayıt şəhərindəki üfunət iyisindən, şəhərin havasındakı tüstüdən geniş danışır və tədbirlər görüldüyünü bəyan edir.
Cənab Əlizadə !
Sumqayıt şəhərində onlarla özəl metal əritmə sexləri fəaliyyət göstərir.
Söhbət yığılan məişət tullantılarının, mis, aliminium və digər metalların, cihazların ərdildiyi sexlərdən gedir.
Cənab Əlizadə !
Həmin özəl sexlərdə əridilən tullantılar ətraf mühitə ən dəhşətli ziyan vurur, zəhərli maddələri havaya atırlar.
Bu metal əritmə sexləri hər ay milyonlar qazanır.
Belə ki, emal etdikləri metalı guya hazır məhsul adı ilə xaricə ixrac edir, gömrükdən qanunsuz keçirirlər, vergidən yayınırlar və nəticədə milyonlar qazanırlar.
Sizin nümayəndəsi olduğunuz Ekologiya Nazirliyi həmin metal əritmə sexləri ilə şərikdir.
Elə bilirsən ki, bunu cəmiyyət bilmir.
Sonra da yalandan Sumqayıtın üfunətli havasından danışırsan.
Cənab Əlizadə !
Son illər ərəb və digər xarici ov həvəskarları Azərbaycanı oylağa çeviriblər.
Guya bunlardan xəbərin yoxdur ?
Öz açıqlamanda deyirsən ki, bəzi hallarda ərəb ovçular icazəsiz ov edir...
Ay adam, nə “icazəsiz”...??
Bu boyda icazəsizlik olar ?
Bu ərəb ovçuları necə ölkəyə daxil olub ?
Necə silahla bölgələrimizə gedib ?
Necə ovla məşğuldurlar ?
Bütün bunlar sizin şərikliyinizlə baş verir. Başa düşdünmü ?
Sizin kimilər Azərbaycanı sanki Afrikaya çevirmisiniz.
Sizin nümayəndələr hər ay ərəb ovçularından “aylıq” toplayır.
Cənab Hikmət Əlizadə. Sizin sayənizdə Azərbaycan göllərində, çaylarında, Xəzərdə balıqların kökü kəsilib.
Sizlər hər ay brakoneyerlərdən nə qədər “aylıq” alırsınız ?
Özün gözəl bilirsən ki, bir çox milli park direktorlarının vəzifədə saxlanılması və yaxud yerlərinin dəyiş-düyüşü məsələsi məhz sizdən- Hikmət Əlizadədən asılıdr.

P.S Cənab Muxtar Babayev, yazıda göstərdiyim videoya bax və işçilərinə qiymət ver.
gundelik baki.com
Teref.az olaraq məqalədə toxunulan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz