Çoxları elə bilir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ancaq ağaclar, meşələr, su hövzələri-filanla məşğul olur.
Bəli, çoxları bilmir ki, ekologiya nazirliyi hər gün çaylarda, göllərdə, dənizdə ovlanan balıqlara görə, hər ay brakonyerlərdən “aylıq” alır.
Bəli, ekologiya nazirliyi çay hövzələrindən hər gün Bakıya daşınan quma-gilə, çınqıla görə, aylıq alır.
Bəli, daş karxanaları hər gün hər kubikə, daşa görə ekologiya nazirinə “haqq” verir.
Bu siyahını sonsuzadək uzatmaq olar. Amma...
Bəli, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyi var idi ee...
Cənab indiki ekologiya naziri Muxtar Babayevdən soruşmaq lazımdır ki, Hüseynqulu Bağırovun zamanından bu günədək dini sekta üzvləri ora niyə gəlirdi ?
Cənab nazirdən soruşmaq lazımdır ki, agentliyin nəzdində Bakı Kartoqrafiya Fabriki var...orada gecələr hansı kitablar dərc olunur(du) ?
Həmin kitabların dərc olunmasına görə, milyonlarla pulu kimlər qazanır ?
Həmin kitabların cəmiyyətimiz üçün faydası varmı..?
Bəlkə əksinə...
Həmin kitablar gənclərimizin gələcəyini zəhərləyirdi ?
Bu gün İraqdan, Suriyadan neçə-neçə gənclərimizin “xəbər”i gəlir?
Həmin gənclər orada deyil, Qarabağda vuruşa bilməzdi, cənab nazir ?
Bir neçə gün əvvəl həmin gənclərin körpə uşaqlarına Azərbaycan dövləti sahib çıxdı və ölkəmizə gətirdi.
Həmin gəncləri ora göndərənlər niyə görünmədi ?
Bəs, Bakı Kartoqrafiya Fabrikində kitabları çap edənlər, milyonlar qazananlar harada qaldı ?
Bunları sadalamaqda məqsədimiz odur ki, ekologiya nazirliyi deyəndə elə-belə ağac-meşə fikirləşməyin.
Ekologiya nazirliyinin tabeçiliyində Dövlət Ekspertiza İdarəsi var idi.
Bir neçə il əvvəl, daha doğrusu, 2019-cu ildə Dövlət Ekspertiza İdarəsinin əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu Dövlət Ekoloji Ekspertiza Agentliyi yaradıldı.
Təsəvvür edirsiniz adi idarə birdən Dövət Agentliyinə çevrildi. Niyə ?
Gəlin, görək, Dövlət Ekoloji Ekspertiza Agentliyinin vəzifələri nədir ?
Agentliyin Nizamnaməsi çox uzun olduğu üçün qısa qeyd edək:
- şəhərsalma və tikinti qanunvericiliyinə uyğun olaraq ərazi planlaşdırılması sənədlərinə rəy vermək;
- yaranan şirkət və müəssisələrin EKOLOJİ SƏNƏDLƏRİ ( ətraf mühitə atıla bilən tullantı həddi, ekoloji pasport)
- yaşıllığın götürülməsinə dair rəy vermək;
- istehsal üçün yabanı dərman bitkiləri xammalının tədarükünə lisenziya verilməsinə dair rəy vermək
Siyahı uzun olduğu üçün davam etmirik.
Amma diqqətlə baxsanız görərsiniz ki, ŞƏHƏRSALMA, TİKİNTİ, YAŞILLIĞIN GÖTÜRÜLMƏSİ, hətta itburnunun tədarükü...cənab Mirsalam Qənbərovdan asılıdr. İstəsə icazə verər...Daha doğrusu, cənab Qənbərovun nümayəndələri “sövdələşən” kimi razı olurlar, əks halda ortaya yüz sənəd də qoysan Mirsalam müəllim razı olmur...
Məlumat üçün qeyd edək ki, Mirsalam Qənbərov Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədridir.
Mirsalam Qənbərov nazirliyin Dövlət Ekspertiza İdarəsinin rəisi olub. Mirsalam Qənbərov 20 ildir Ekologiya və Təbii Sərvətlər Nazirliyində çalışır. //gundelik-baku.com//