Axtarış...

"Laçın istiqamətində müəyyən irəliləyişlərimiz var" - AÇIQLAMA

"Laçın istiqamətində müəyyən irəliləyişlərimiz var" - AÇIQLAMA

"Əməliyyatlar hələ də davam edir. Yəqin ki, düşmənin itkiləri daha da artacaq. Həmin istiqamətlərdə ordumuzun öz sərhədləri çərçivəsində mövqelərini irəli çəkməsi və möhkəmlənməsi gözlənilir. Laçın istiqamətində müəyyən irəliləyişlərimiz var. Lakin bu məlumatlar hələ təsdiqlənməyib".

Bu sözləri Unikal.org-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev Azərbaycanın Ermənistan silahlılarının Laçın rayonu istiqamətində törətdiyi təxribata adekvat cavabı fonunda bildirib.

"Ermənistanın növbəti dəfə təxribata cəhd etməsi düşmən qüvvələrinin öz yaşamaq hüququndan imtina etməsi kimi dəyərləndirilməlidir. Yəni artıq məhv edilmiş bir ordunun Laçın istiqamətində həm də ağır artilleriyadan növbəti dəfə hücuma cəhd etməsi intihar deməkdir. Ordumuz hazırda adekvat cavab verir, rəsmi olmayan məlumatlara görə, düşmənin günorta saatlarına qədər 6 nəfər hərbçisi əsir olaraq ələ keçirilib, ölü və yaralı olaraq isə 10 nəfərə qədər itkisi olub", - ekspert vurğulayıb.

Ə.Verdiyev onu da qeyd edib ki, Rusiya və KTMT bu dəfə də Ermənistanın kömək istəyinə cavab verməyəcək:

"Lakin yenə də Rusiyanın məsələyə qarışması, erməni ordusunun qalıqlarını Azərbaycan əsgərinin "caynağından" xilas etmək üçün müəyyən addımlar atması mümkündür. Ona görə də biz bu kimi təzyiqləyə hazır olmalıyıq və hərbi əməliyyatlarımızı heç bir təsir altında heç bir məntiqi olmadan dayandırmalı deyilik.

Ermənistanın Rusiyanı köməyə çağırması məsələsinə gəlincə, bu, boş addımlardır. Kimdir indi Ermənistana qulaq asan?! KTMT dövlətlərinin yarıdan çoxu Türkdilli Dövlətlər Təşkilatında bizimlə eyni platformada yer alır. Orada səs çoxluğu olmasa heç bir qərar qəbul edilə bilməz".

"Laçın istiqamətində müəyyən irəliləyişlərimiz var" - AÇIQLAMA
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz