Axtarış...

"Lifttəmir İstehsalat Birliyi sakinlərə divan tutur" - Yasamal sakinləri fəryad edir...

"Lifttəmir İstehsalat Birliyi sakinlərə divan tutur" - Yasamal sakinləri fəryad edir...

Yasamal rayonu Əsəd Əhmədov 3/8 ünvanında sakinlər son 5-6 aydır liftə həsrətdir.

Yay mövsümü başlayandan sentyabrın əvvəlinədək köhnə liftlərin yenisi ilə əvəz edilməsi prosesini uzatdı. Yeni lifti quraşdıranlar elə ilk gündən öz naşılıqlarını göstərdilər. Köhnə lifti qapısından sökməyə başladılar. Qapını söküb yerinə heç bir təhlükəsizlik nişanı, xəbərdarlıq lenti, təhlükəsizlik lenti, təhlükəsizlik məhəccəri quraşdırmadan getdilər. Sakinlərə stres yaşadıb hay-küylərini eşitdikdən sonra A4 formatında bir kağız yapışdırdılar. Kağıza sadəcə belə yazılmışdı: Müvəqqəti narahatçılığa görə üzr istəyirik. Müvəqqəti narahatlıq dedikləri bizi yayın qızmar günlərində 3-4 ay tərk eləmədi. Elə də olmalıydı. Çünkü iş təsadüfü bir şirkətə verilmişdi. Yaxud hansısa şirkət daha çox pul qazanmaq üçün öz yükünü yük götürmə qabiliyyətindən dəfələrlə çox eləmişdi. İş gedərkən işə mühəndis nəzarəti az qala yox səviyyəsindəydi. İşçilərdən bəziləri əlini zədələdi. Şəxsən özümün onlara evdən bintlə, yod verdiyim günlər olub. 5 yerdə iş götürən ustalar kimi gündə 4-5 saat, bəzən hətta 2-3 saat işləyib getdikləri olurdu.

Nəhayət bir gün gəldik gördük ki, bu iş tempi ilə nə vaxtsa işləyəcəyi bizə yuxu kimi görünən liftimiz işləyir. Sevindik. Sevincimiz bir həftə çəkdi. Lift xarab oldu. Bu minvanla Lift təmir istehsalat birliyinin iş prinsipi ilə də yaxından tanışlığımız başladı. İlk təsüratım internet vastəsi ilə oldu. “BAKI LİFT İDARƏSİ RƏİSİNİN ZƏNGİN HƏYATI - 400 min dollarlıq toy...” ; “Kamran Əliyevdən Bakı Lift İdarəsinin rəisi ilə bağlı AÇIQLAMA”; “Bakı Lift İdaresi reisi erməni ilə iş birliyindən 1 milyon 700 min “otkat” aldığı məlum oldu”; “Rafael Əsgərov: Qüdrət Şükürov erməni Markaryanla birləşərək Azərbaycanın milyonlarla pulunu mənimsəyib” və.s və i

Lift təmir istehsalat birliyi haqqında Google chromedə ilk qarşıma çıxan başlıqlar bunlar oldu. Lift təmir istehsalat birliyinin səlahiyyət sahiblərinin günlərlə xidməti telefonlarına düşə bilməyəndə vəziyyəti anladım. Bakı şəhər İcra Hakimiyyətinin səhifəsindən götürdüyüm nömrələrin demək olar hələ heç birinə bu günkü tarixə kimi düşmək mümkün olmayıb. Axşam düzəldirlər səhər lift dayanır. Bele də iş olar? Lift təmirdə 7-dən 77-yə hamının abonentə verəcəyi hazır dejurnu cavabları olur.Məsəlçün

- Lift hələ podratçıdan bizə təhvil verilməyib?

- Bəs onda onlar hansı ixtiyarla sınaqdan keçməmiş, qəbul aktı olmayan lifti əhalinin istismarına verirlər. Cavab verə bilmirlər. Aşağıdakı icraçı işçilər azacıq təcrübəli abonentin sualları qarşısında acizliklərini açıq etiraf edərək rəhbərliklərinin iş prinsiplərinin onları pis duruma saldıqlarını etiraf edirlər.

112-yə Fövqəladə Hallar Nazirliyinin Qaynar Xəttinə zəng edirəm ki, liftlər FHN-nin Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Dağ Mədən Nəzarəti Dövlət Agentliyində qeydiyyatda olmalıdır. Liftlər hər hansı sazlamadan çıxarkən, Liftə metal konstruksiyasında qaynaq və odlu iş tətbiq edilərsə, yeni liftlər quraşdırılarkən liftlər sınaq edilməlidir. Sınaq aktı nəticəsində Liftlər istismara buraxıla bilər(Əlavə şərtlər də var). FHN-nin qaynar xətti mənə cavabında

- Oldu vətəndaş şikayətinizi qeydə aldıq. Yaxud da vətəndaş biz məlumatınızı aidiyyatı üzrə emal edirik deyə cavablandırır. Göründüyü kimi nəticə yoxdur.

Tenderdə maxinasiya var deyə Korrupsiya ilə mübarizə idarəsinə yığıram. Tərslikdən həmin idarənin əlimə keçən nömrəsinə düşmək olmur.

Nəhayət bir yol tapıb lift –təmir idarəsinin Baş mühəndis Hüseynov Mehdi müəllimin mobil nömrəsini tapıb onunla əlaqə yaratdım. Mehdi müəllimə dərdimizi danışıram ki, hər iki gündən bir də lift xarab olar? İnsanlar stres keçirirlər. Bu lift sınaqdan necə keçirilib? Bu da böyük bir sualdır. Mehdi müəllim köhnə “liftçidir”. Narkomanlar xətti kəsib oğurlaryırlar deyir.

Deyirəm Mehdi müəllim əgər ayda bir dəfə xətti narkomanlar kəsirsə, günah narkomandadır. Əgər xətti hər gün kəsirlərsə günah Sizdədir, demək ki, Hüquq mühafizə orqanları ilə işinizi düzgün qura bilmirsiniz. Deyir şikayət vermişik. Ancaq mən həmin ünvanla bağlı onun şikayət verdiyinə nədənsə inanmıram. Niyə inanmıram? Çünkü lifti dünən düzəldən ustanın telefonunu bu gün tapıb ona zəng elədimki, qardaş, lift yenə xarab oldu, səbəb nədir. Fakt lifti düzəldən usta cavabında bildirdi ki, liftin relsi əyridir deyə tez-tez dayanır. Soruşuram ustadan ki, yeni liftlərin təmiri üçün Sizi təlimlərə göndəriblərmi? Deyir yox.

Belə olmaz Mehdi müəllim. Demək ki, Siz öz yerinizdə deyilsiniz. Mən də sevinirəm ki, Baş mühəndisə-səlahiyyət sahibinə zəng vurmuşam, uzun müddət bir də Əsəd Əhmədov 3/8-də ünvanında bir də belə problem yaşamarıq.Sən demə mən də düşmüşəm Mirzə Cəlilin gününə.

“Sözümü o kəslərə deyirəm ki, mənə qulaq vermirlər”(Mirzə Cəlil).

Əsəd Əhmədov 3/8 mən 42-nin sakini

Həmid Ormanlı //moderator.az//
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz