Axtarış...

Yeni quraşdırılan liftlər istismara verilmir? - AÇIQLAMA



Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan “Lifttəmir” İstehsalat Birliyi Bakıda çoxmərtəbəli binalarda yeni quraşdırılan liftlərin istifadəyə gecikməsi məsələsinə aydınlıq gətirib.

Birlikdən Oxu.Az-a verilən açıqlamaya görə, Nizami rayonunda çoxmərtəbəli binalarda yeni quraşdırılan liftlər yaxın günlərdə vətəndaşların istifadəsinə veriləcək:

“Bu ayın sonuna kimi sözügedən rayon üzrə 100 lift istismara verilməlidir. Artıq yeni liftlər quraşdırılıb. Fövqəladə Hallar Nazirliyi tərəfindən liftlərin istismarına rəy verilməsə, onları heç kim istismara qoşa bilməz. Yeni lift quraşdırılıb, sadəcə, vətəndaşlar bir az da səbr etməlidir.

Liftlərin qapılarının 2 mm aralı qaldığı ilə bağlı deyilənlər həqiqəti əks etdirmir. Nizami rayonunda çoxmərtəbəli binalarda quraşdırılan liftlər Almaniyadan gətirilib və bu ayın sonuna kimi istimara yararlı olacaq”.

Qeyd edək ki, vətəndaşlar Nizami rayonunda çoxmərtəbəli binalarda yeni quraşdırılan liftlərin istismara verilməməsindən şikayətçidirlər.

Şikayətçilər iddia edir ki, liftin qapılar 2 mm aralı qaldığı üçün FHN liftin istismarı üçün rəy vermir.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz