Goranboy rayonun M. Zeynalov adına Dəliməmmədli şəhər tam orta məktəbinin direktoru Gültəkin Cəfərova şəhid qızından 1300 manat rüşvət alıb.
Bu barədə Dünyanınsəsi.Az saytına sözügedən məktəbin müəllimi Xələfova Elnarə Ədalət qızı tərəfindən şikayət edilib.
Belə ki, məktəb direktoru vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 2019-cu ildən şəhid qızından almış olduğu rüşvət müqabilində ona sinif verməli imiş.Sonradan isə həmin sözügedən sinif Xələfov Elnarənin əlindən alınaraq başqa şəxsə satılıb.
Bu günə kimi bütün dövlət qurumlarına çoxsaylı müraciətləri olan şəhid qızı məktəb direktoru Gültəkin Cəfərovadan vermiş olduğu pulunu geri ala bilmir.
“Direktor Gültəkin müəllim deyir "burada mənəm, Bağdadda kor xəlifə"”. Məktəbdə ucdantutma rüşvət yığır, korrupsiya əməlləri ilə məşğuldur və pedaqoji kollektivin üzvlərini təhqir edir.
Redaksiya olaraq inaırıq ki, səsləndirlən iddia ilə bağlı Təhsil naziri Emin Əmirullayev eləcə də Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbov cənabları , şəhid qızının şikayətinin araşdırılması ilə bağlı qanunamüvafiq formada göstəriş verəcəklər.
“Dünyanın Səsi” olaraq qarşı tərifin də söz haqqını tanıyırıq.
Şəhid qızının videoşikayətini təqdim edirik: