Axtarış...

Lerikdə məktəb direktorunun özbaşınalığı - Xadimədən 4000 manat məbləğində rüşvət istəyib?




Lerik rayonunun Alhu kənd sakini Rəziyyə Hacıməmməd qızı Fətullayeva rayonun Hamarmeşə kənd orta məktəbində xadimə işləyib. O, Əmək pensiyasına çıxarkən, gəlininin həmin məktəbdə öz yerinə işləməsini istəyib. Bunun üçün məktəbin direktoru Fərman Süleyman oğlu Həşimova ərizə şəklində müraciət edib. Direktor ərizəni qəbul edib və Rəziyyə Fətullayevadan 4000 manat məbləğində rüşvət istəyib. Rəziyyə Fətullayeva bu qədər məbləğin onda olmadığını bildirdikdə, direktor onunla kobud rəftar edib.

DİA.AZ xəbər verir ki, Rəziyyə Fətullayeva bu məsələ ilə bağlı Lerik rayon Təhsil Şöbəsinə şikayət etsə də, bu işdə ona heç bir köməklik göstərilməyib.

Qeyd edək ki, Rəziyyə Fətullayevanın həyat yoldaşı və qızı əlildir, oğlu isə ikinci Qarabağ müharibəsində könüllü olaraq səfərbərliyə yazılıb və döyüşlərdə iştirak edib. Hazırda Cəbrayıl rayonunda hərbi xidmətini davam etdirir.(DİA.AZ )
Text-to-Speech

DİNLƏ






Şərh yaz