Axtarış...

Ağcabədidə icra başçısı YOLA SALINMALIDIR - Bu qədər bəsidir...

Ağcabədidə icra başçısı YOLA SALINMALIDIR - Bu qədər bəsidir...

Bizim yazıları ardıcıl olaraq izləyən oxuculardan xahiş edirik ki, Rafil Hüseynovun TALADIĞI dövlət vəzifələrinin siyahısına bir də diqqətlə baxsın:
1. 1991-ci illərdə Bərdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini
2. 1992-ci illərdə Bərdə rayonu Dövlət Vergi İnspeksiyasının rəisi,
3. 1992-1996-cı illərdə Bərdə Rayon İcra hakimiyyəti başçısının müavini, rayon kənd təsərrüfatı və ərzaq idarəsinin rəisi,
4. 1996- 1998-ci illərdə Kənd Təsərrüfatı Nazirliyinin Baş aqrar islahatlar idarəsində şöbə rəisi,
5. 1998- 2003-cü illərdə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İslahatlar və Sahibkarlığın inkişafı Baş İdarəsində rəis müavini, idarə rəisi.
6. 2003- 2006-cı illərdə Kənd Təsərrüfat Nazirliyinin Aqrar İslahatlar və sahibkarlığın inkişafı şöbəsinin müdir müavini, sektor müdiri,
7. 2006- 2007-ci illərdə “Qara Torpaq” konsalting MMC-in icraçı direktoru,
8. 2007- ci illərdə Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının Icraçı katibliyinin Bələdiyyələrlə İş üzrə departamentinin direktoru,
9. 2007- 2009 –cu illərdə Prezidentinin İcra Aparatının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin Regionların sosial-iqtisadi inkişafının analitik sektorunun müdiri,
10. 2009-2010-cu illərdə Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin Regionların sosial-iqtisadi inkişafının analitik sektorunun müdiri,
11. 2010- 2012-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi
12. 2012- 2019-cu illərdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı,
13. 2019-cu ildən Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı
Rüşvət və korrupsiyadan az-çox məlumatı olan ekspertlər çox asanlıqla müəyyən edə bilər ki, bu adamın şəxsi hesabında bu gün 100 milyonlar çox xırda “summa”dır.
Bütün bunların hamısını qoyuruq bir kənara. Qoy bu məsələ ilə uyğun dövlət qurumları onun Novxanıdakı bağ evindən başlasın.
Oxucularımızın bir daha nəzərinə çatdırırıq ki, Rafil Hüseynov son vaxtlar bütün vəzifə səlahiyyətlərini aşaraq rayon ərazisindəki onlarla məktəbin və uşaq bağçalarının kollektivini imtahan etmək, testdən keçirmək üçün 55 saylı rəsmi sərəncam imzalayıb. Vay dədə vaaaay. Rafil Hüseynov Dövlət İmtahan Komissiyası adından sərəncam verir. Camaat deyir ki, Rafil Hüseynov özünü Prezident kimi aparır.
Bu adamı ya həkimə göstərmək lazımdır, ya da onunla bağlı ciddi tədbir görmək lazımdır.
Təsəvvür edirsiniz, Rafil Hüseynov məktəb və məktəbə qədər təhsil ocaqlarının yüzlərlə işçisini testdən keçirmək üçün 360 sualdan ibarət imtahan-test sistemi tətbiq edib. Və tələb edir ki, bu suallara cavab verməyənlər könüllü olaraq işdən çıxmaqla bağlı ərizə yazsınlar. Əks təqdirdə onları məcburi qaydada işdən azad edəcəyəm.
Bu adama başa salan yoxdur ki, sən Dövlət İmtahan komissiyasının sədri Məleykə Abbaszadənin səlahiyyətlərini mənimsəmisən, yoxsa nə baş verir ?
Bu adama başa salan yoxdur ki, sən icra başçısısan, Təhsil naziri deyilsən.
Məsələ ilə bağlı redaksiyamıza daxil olan bağça əməkdaşlarının səs yazısı əsasında yazılar hazırlamışdıq.
Yazılar konkret şikayətlər əsasında hazırlanmışdır.
Şikayətçi Ağcabədi sakini Günel Yusif qızı Mehdiyeva səsli müraciətində bildirirdi ki, o, rayonun Hacıbədəlli kəndində yaşayır:
“15 ildir Səməd Vuğun adına uşaq bağçasında işləyirəm.
Həyat yodaşım Novruzov Qabil Əfqanıstan müharibəsi veteranıdır.
Həyat yoldaşıma Rusiya məhkəməsinin qərarı ilə 10 il həbs cəzası verilib.
Həyat yoldaşım artıq həbs cəzasının 5 ilini Rusiyada çəkib.
Bir sözlə, ailə başçısı olmayan başsız qadınam”.
Şikayətçi sonra bildirirdi ki, 15 ildir uşaq bağçasında işləyirəm, hazırda 208 manat maaş alıram və maaşımın 150 manatını kredit verirəm:
“Anamın köməkliyi ilə birtəhər yaşayıram.
Rafil Hüseynov Ağcabədiyə icra başçısı gələnədək öz həyatımızı birtəhər yaşayırdıq.
Rafil Hüseynov 2019-cu ildə Ağcabədiyə icra başçısı təyin olunandan sonra bizim qara günlərimiz başladı.
Belə ki, icra başçısı Rafil Hüseynov bizi icra hakimiyyətinə dəvət edərək sorğu-sual edir, elə suallar verir ki, heç bizim sahəyə dəxli yoxdur.
Sorğu-sualdan sonra bizim qarşımızda şərt qopyulur: Ərizənizlə işdən çıxmalısınız”.
Günel Mehdiyeva haqlı olaraq soruşur ki, axı biz niyə işdən çıxmalıyıq, hansı səbəbə görə, işimizi itirməliyik, işdən çıxsam, mən nə ilə dolanmalı, hansı pulla yaşamalıyam ?
Günel Mehdiyevanın müraciətindən bəlli olur ki, başçı göstəriş verib ki, könüllü ərizə yazmayanların maaşlarını kəsin, qoy məcbur olub işdən çıxmaqla bağlı ərizə yazsınlar.
Ağcabədidə Günel Mehdiyeva kimi hüququ tapdalanan qadınlar az deyil.
Məsələn, ərizə yazmağa məcbur edilən qadınlardan biri də bağçada çalışan Abbasova Fəridə Sumbat qızıdır.
Ən dəhşətlisi odur ki, işdən çıxmaqla bağlı təzyiqlərə məruz qalan qadınlardan biri deyib ki, özümü yandırıb öldürəcəm...
Günel Mehdiyevanın növbəti müraciətindən bəlli olurdu ki, Ağcabədi RİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Ceyhun Mamedov şikayətçi Günel Mehdiyevanı qəbul edib və bildirib ki, kimsə özünü yandırmaq istəyirsə, özü bilər, başçının tapşırıqları yerinə yetirilməlidir...
Deməli, Rafil Hüseynovun işçiləri üçün insanın özünü yandırması adi bir haldır...
Redaksiyamıza daxil olan sonrakı məlumatlardan bəlli olurdu ki, Rafil Hüseynovun işdən azad etdiyi qadınlar arasında Ağcabədi rayonu, Hüsülü kənd sakini olan uşaq bağçası müdirəsi Əliyeva Gövhər Dərgah qızı da var.
Gövhər Əliyeva Əmək Məcəlləsinin 70 C maddəsi ilə işdən azad edilib.
Gövhər Əliyeva müxbirimiz ilə söhbətində bildirmişdi ki, atam veteran olub, anam qəhrəman ana, ərimin qəbri isə Ağdam ərazisindədir: “Hazırda iki nəvəmə mən baxıram, Ordumuz üçün iki əsgər böyüdürəm. Rafil Hüseynov məni 3 dəfə xəbərim olmadan qanunsuz olaraq işdən azad edib”.
Ümumiyyətlə, qadınların icra hakimiyyətinə dəvət olunması, sorğu-sual edilməsi, şübhəli təkliflər, işdən çıxarılan gənc qadının anasının qızı barəsində “Onun üçün öz ailəsi daha dəyərlidir...” deməsi və digər ilginc məlumatlar Rafil Hüseynovun “atestasiya” əməliyyatının arxasında daha çirkin işlərin dayandığını deməyə əsas verir.
Bu gün redaksiyamıza zəng edən Ağcabədi sakinləri baş verən problemlə bağlı müxbirimizə bildirib ki, Rafil Hüseynov icra başçısı olandan sonra icra nümayəndələrini təzələməklə məşğul olub.
Belə ki, Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının Aran kəndi üzrə yeni nümayəndəsi Şirəliyeva Çiçək Vilayət qızının nəzarətində 3 uşaq bağçası var: 2 qrupu olan 1 bağşa və 3 qrupu olan 2 bağça.
Belə ki, həmin bağçalardan 2-si Çiçəyə, 1 isə Çiçəyin qardaşına məxsusdur.
Ümumiyyətlə, icra başçısı Rafil Hüseynov bağçalar üzərində əməlli-başlı biznes qurub.
İcra başçısı bacısı oğlunu özünün rayon mərkəzi üzrə, yəni Ağcabədi şəhəri üzrə icra nümayəndəsi təyin edib.
Bütün bağçalar və məktəblər onun ixtiyarına verilib.
Bütün bağçaların aylıq maliyyə hesablatlarını Rafilin bacısı oğlu hazırlaylr.
Adama deyərlər ki, sən kimsən ki, bağçaların hesabatını hazırlayırsan ?
Bəlkə də çoxlarına uşaq bağçası söhbəti adi gələ bilər.
Bircə faktı qeyd edək.
Təkcə 3 qrupu olan bağçaya 50 min manatdan çox pul ayrılır. Prezident fondundan və dövlət büdcəsindən bağçalara kifayət qədər vəsait ayrılır. Yəni bağçaları testdən keçirmək elə-belə göydən düşməyib.
Rafil Hüseynov bir sərəncamı ilə 274 nəfər bağça işçisini Əmək Məcəlləsinin 70 C bəndi ilə işdən azad edib.
Bu 274 nəfər Rafil Hüseynov üçün 100 minlər deməkdir. Amma...
Rafil Hüseynov unutmasın ki, işdən azad olunan 1 nəfər ailə, oğul-qız, deməkdir, yəni təxminən 4-5 nəfərin dolanışığı. Həm də..
Həm də Minlərlə insanın dövlətdən narazılığı.
Haqlı olaraq ortaya sual çıxır?
Sən nə istəyirsən, Rafil Hüseynov ?
Minlərlə insanı dövlətdən niyə narazı salırsan, Rafil Hüseynov ? //gundelik-baku.com//
Text-to-Speech

DİNLƏ






Şərh yaz