Prezident İlham Əliyev İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısına töhmət verib.
Bununla bağlı imzalanan sərəncamda bildirilib ki, yeni icra başçısı Nahid Bağırov koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunmuş xüsusi karantin rejimi qaydalarını pozub.
"BakuPost"un əldə etdiyi məlumata görə, icra başçısı aprel ayının 18-də turizm sahəsi üzrə bir qrup sahibkarla İsmayıllı rayonunun Qalacıq kәndindә yerləşən Qovğadar dağına sәyahәt edib.
Əsas mәqsәd dağda piyada turist marşrutu və onunla əlaqədar turizmin digər imkanlarını yerində dəyərləndirmək kimi göstərilsə də, yayımlanan fotolarda başçının heç bir karantin rejimi qaydasına əməl etmədiyi görünür.
Həmin fotoları təqdim edirik: