Dövlət Xidmətin rəisi Elçin Quliyevin barəsində zaman-zaman dövrü mətbutda da,elektron informasiya resurslarında da,sosial şəbəkələrdə də müxtəlif neqativ fikirlər hallanıb və bu gün də hallanmaqdadır. Haqqında yazılanlara baxmayaraq Elçin Quliyev bu gün də vəzifəsinin başındadır.
Məsələn, 2011-ci ildə mətbuatda Elçin Quliyevin rəhbərlik etdiyi quruma dövlət büdcəsi hesabına 107 milyon manat (o vaxtkı məzənnə ilə 135 milyon dollar) investisiya yatırılması və vəsaitlərin 101 milyon manatının xidmətin obyektlərinin təmir-tikintisinə xərclənməsindən söhbət açılırdı. Təmir-tikinti layihələrində mal və xidmətlərin şişirdilməsi, tenderlərin keçirilməsində qanun pozuntuları barədə məlumatların olduğu iddia edilirdi. Qeyd olunurdu ki, maliyyə auditorları maliyyə axınlarının durumunu araşdırmaqla məşğuldurlar. Paralel olaraq araşdırıcı komissiyanın tərkibinə daxil olan hərbi ekspertlərin Sərhəd Xidmətinin texniki vəziyyətini və sərhədin mühafizəsi ilə bağlı problemləri araşdırmaqla məşğul olmaları bildirilirdi. O dövrdə “Yeni Müsavat”a danışan mənbə qeyd etmişdi ki, yoxlama qəfil keçirilir, hansı səbəbdən başlandığı bilinmir.
"Hürriyyət" olaraq, maraqlı informasiyalar əldə etmişik. 54 yaşlı DSX rəisinin qısa müddətdə general rütbəsinə yüksəlməsi suallar doğurur. Bundan əlavə 7-8 il əvvəl Dövlət Sərhəd Xidmətinin Akademiyasını bitirmiş şəxslərin qısa vaxt ərzində polkovnik rütbəsi alması nəyin gösətiricisidir?
Məlumatlara görə, hazırda Dövlət Sərhəd Xidmətinin şəxsi heyyətinin yüksək rütbəli zabitlərinin böyük əksəriyyəti rəis vəzifəsini daşıyan Elçin Quliyevə yaxınlığı,qohumluğu ilə tanınan şəxslərdir.Bundan başqa Elçin Quliyev kadr məsələlərində yerlibazlıq,dostbazlıq kimi hallara da yol verir ki, bu da ictimaiyyət tərəfindən birmənalı qarşılanmır.
"Hürriyyət"in əldə etdiyi məlumata görə, DSX rəisi yerli bazlıq edərək, ətrafına yaxın adamları toplayır, onları yüksək vəzifələrə təyin edərək, heç bir fəaliyyəti olmayan yaxınlarına yüksək rütbələr verir. Redaksiya olaraq, mövzuyla bağlı araşdırma aparırıq. Növbəti yazılarımızda sözügedən şəxslərin ad və soyadlarına kimi oxucularımıza ətraflı məlumatı təqdim edəcəyik.
Əbəs yerə bu mövzuya toxunmadıq. 12 iyun 2019-cu ildəki məşhur 5 km uzunluğu olan bayrağın paradında çəkilən fotonu xatırlayarsınız. Belə ki, həmin fotoda Elçin Quliyevin oğlu Məhəmməd Quliyev də əks olunub.
Fotoda gənc Məhəmməd Quliyev general rütbəsində görünür. Bu isə Elçin Quliyevin özbaşınalığına bir sübut sayılmalıdır. Çünki, ölkədə general rütbəsini Prezident verir. Maraqlı tərəfi isə budur ki, Məhəmməd Quliyevin əsgərlik xidmət müddəti 2018-ci ilin iyul ayının 1-dən 2019-cu ilin iyul ayının 1-dək olub. Elçin Quliyevin oğlu əsgərlik müddətində necə olur ki, General-Mayor forması geyinərək , bu tədbirə gəlib?
Elçin Quliyevin oğlunu general forması ilə ictimaiyyətə təqdim etməsi nə dərəcədə düzgündür?! Bundan başqa Elçin Quliyevin oğlu Məhəmməd Quliyev DSX-nin zabitidir , leytenant rütbəsində istintaq idarəsində işləyir. Elçin Quliyev bu əməlin “Korrupsiyaya Qarşı Mübarizə Haqqında” qanunla qadağan olduğunu yəgin ki, yaxşı başa düşür.
Digər əldə etdiyimiz maraqlı informasiya isə Elçin Quliyevin Dövlət Sərhəd Xidmətinin hospitalına rəis təyin etdiyi polkovnik-leytenant Şükür Eyvazovla bağlıdır. Eyvazov Şükür DSX-ya gəlməmişdən öncə TƏBİB-də fəaliyyət göstərib. Aldığımız məlumata görə, bu şəxs TƏBİB-in keçmiş sədri Ramin Bayramlı tərəfindən işdən kənarlaşdırılıb. Qovulmasına səbəb isə TƏBİB-dən 20 milyon manat pulun mənimsənilməsi olub. Görünür ki, Şükür Eyvazov mənimsədiyi puldan Ramin Bayramlıya verməyib. İşdən qovulan Şükür Eyvazov öz əlaqələri vasitəsilə DSX rəisi Elçin Quliyevlə əlaqə yaratmağa müvəffəq olub. Elçin Quliyevlə danışıqdan sonra 5 milyon manat qarşılığında DSX-nın hospitalına rəis təyin edilir. Hospitala rəis təyin edilən Elçin Quliyev ilk gündən bildirib ki, "mənim bir prinsipim var: həkim nədir, evə əliboş getdi nədir". Daha sonra isə deyib ki, "hər kəs zabit, gizir və əsgərlərdən pul alacaq". Bununla kifayətlənməyən Şükür Eyvazov hospitalı məşuqələri ilə doldurmağa başlayır. Xüsusən də işə götürdüyü qız uşaqlarını şəxsən özü qəbul edir. Qız uşaqlarına bakirəliyinin pozulması qarşılığında işə götürəcəyini təklif edir. TƏBİB-də fəaliyyət göstərmiş Şükür Eyvazovun birbaşa polkovnik-leytenant rütbəsinə yüksəlməsi isə yəgin ki, aidiyyatı qurumları da bir qədər düşündürmüş olar...
Xatırladaq ki, Elçin Quliyev bir neçə il əvvəl də ailəsi ilə gündəmə gəlmişdi. Belə ki, kürəkəni Nail Allahverdiyev (Həm də "Qaçqınkom"un sabiq sədri Əli Həsənovun nəvəsi) iki nəfərin ölümü və iki nəfərin yaralanması ilə nəticələnən qəzaya səbəb olmuşdu. Sözügedən hadisə aylarla medianın əsas müzakirə mövzusu idi.
Aldığımız məlumata görə, DSX rəisi Elçin Quliyev şimal bölgəsində, xüsusəndə Şəmkirdə böyük villa sahibidir. Onun nəyin ki bölgələrdə, eyni zamanda Sumqayıt və Bakı şəhərində də obyektləri mövcuddur. Maaşdan başqa gəliri olmayan DSX sədrinin villalların və obyektlərin hansı pullarla əldə etdiyi isə müəmmalıdır. Elçin Quliyev eyni zamanda Xudat meşələrinə də qənim kəsilib. Xudatda yerləşən DSX-nin əsgərləri ərazidəki meşələri qırmaqla "ağacların soyqrımı"nı həyata keçirir. Görünür ki, Ekologiya və Təbii Sərvətləri nazirliyi məsələyə göz yummaqdan başqa heç bir reaksiya vermir.
Növbəti yazımızda daha ətraflı araşdırmamızı oxucularımıza təqdim edəcəyik.
QEYD: Mövzuya qayıdacağıq. Araşdırmamız davam edir. //hurriyyet.az//