Axtarış...

Abşeronda ajiotaj-İcra başçısının ad gününə "ciddi" hazırlıqlar gedir....

Abşeronda ajiotaj-İcra başçısının ad gününə "ciddi" hazırlıqlar gedir....

Oktyabrın 2-si Abşeron RİH-nin xanım icra başçısı İradə Gülməmmədovanın doğum günüdür. Bu münasibətlə rayonun idarə, müəssisə və təşkilatlarında "canlanma" müşahidə olunur.

Belə ki, rayonun vəzifəli şəxsləri "zəngin" icra başçısını təbrik etmək üçün icra hakimiyyətindən gələn "təlimatlara" riayət etmək məcburiyyətində qalıblar. Məlumat üçün qeyd edirik ki, "pultoplama kampaniyasına" RİH-nin şöbə müdirləri Afaq xanım və Azər müəllim "rəhbərlik" edirlər. Afaq xanım əvvəllər icra başçısının katibəsi olub. Rayonda fəaliyyət göstərən bağça müdirələrindən "təbrik paketlərini" toplamaq Afaq xanıma həvalə olunub. Digər idarə, müəssisə və təşkilatlardan gələn"təbrikləri"isə Azər müəllim qəbul edəcək.
Qeyd edək ki, bir neçə il əvvəl də, İradə Gülməmmədova ad günü ərəfəsində rayondakı qurumlardan "pul vəsaitləri" qəbul etdiyinə görə ictimaiyyət tərəfindən qınaq obyektinə çevrilmişdi. Görünən odur ki, artıq bu proses ənənə halına çevrilməkdədir.
Ölkə başçısı ad gününü məcburi köçkünlərin əhatəsində qeyd etməklə məmurlara ibrət götürüləsi nümunə ortaya qoymuşdu.
Bu nümunədən nəticə çıxarmayanların aqibəti isə göz önündədir.
Öz növbəmizdə xanım icra başçısını biz də təbrik edirik və ad gününü doğma yurdu Şuşada qeyd etməsini arzulayırıq.
Adıçəkilən şəxslərin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

P.S... Abşeron rayonunun bir çox ərazilərinin zibilxanaya çevrilməsi ilə bağlı redaksiyamıza daxil olan məlumatların ardı-arası kəsilmir. Xırdalan şəhəri daxil olmaqla ətraf qəsəbələr zibilliklərin daşınmaması ucbatından acınacaqlı durumla üzləşib. Müvafiq qurumların başı yəqin ki, ad günü tədbirlərinə qarışıb. Ad günü ərəfəsində zibilliklərin təmizlənməsi isə rayon sakinlərinə ən böyük hədiyyə olardı....

Stimulxeber.az
Text-to-Speech

DİNLƏ






Şərh yaz