Axtarış...

Ilham Əliyevin ictimai – siyasi fikrə hakimlik məharəti

Ilham Əliyevin ictimai – siyasi fikrə hakimlik məharəti
Ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən İlham Əliyevin hakimiyyəti illəri Azərbaycan Respublikasının həyatında kəskin dönüş mərhələsi oldu. Prezident olaraq o, işə xalqımızın qarşısında öz məsuliyyətini dərindən dərk etmək hissi ilə başlamışdır. Üstünlüyü ondan ibarətdir ki, yaşadığımız zəmanəni geniş surətdə, Heydər Əliyevcəsinə dərk etməkdən, hərtərəfli ölçülüb-biçilmiş, məqsədlərin əzəmətini və imkanların realizmini, hakimiyyətin planlarını hər bir adamın ümidləri və arzuları ilə üzvi şəkildə birləşdirən realist fəaliyyət proqramı işləyib hazırladı.

İlham Əliyevin qərarları gələcək illər və onilliklər üçün hərəkətimizin, cəmiyyətimizin keyfiyyətcə yeni halına doğru hərəkətimizin həm xarakterini, həm də sürətini müəyyən edir.

Ölkənin sosial-iqtisadi inkişafı ilə əlaqədar İlham Əliyevin imzaladığı sənədlərin dövlətimiz, xalqımız üçün nə qədər böyük əhəmiyyətə malik olduğundan danışmağa, yəqin ki ehtiyac yoxdur. Həmin sənədlərdə nəinki keçilən yola qiymət verilir, vaxtı çatan vəzifələr irəli sürülür, həm də gələcəyə nəzər salınır.

Bütün dünya görür ki, İlham Əliyevin dövlətimizə başçılıq etdiyi müddətdə müstəqil Azərbaycan cəmiyyəti öz inkişafında xeyli irəliləmişdir. İlham Əliyev bütün ölkəni Heydər Əliyev ideyalarına sadiq qalmaqla əslində yenidən qurmuş, iqtisadiyyatda, mədəniyyətdə, sosial sahədə çox böyük irəliləyişə nail olmuş, yeni cəmiyyət qurucularının nəsillərinə meydan vermişdir. Beynəlxalq meydanda Vətənimizin mövqeləri əhəmiyyətli dərəcədə möhkəmləndirmişdir. Ən əsası hərbi strateji pariteti təmin etmişdir ki, bu da erməni təcavüzkarların torpaqlarımızın içğalına son qoymuşdur. 2003-cü ildən başlayaraq siyasi və əməli fəaliyyətdəki qüsurlara, iqtisadiyyatda və sosial-mənəvi sahədəki əlverişsiz meyllərə, belə halların səbəblərinə qarşı barışmaz mübarizə başlandı. Dövlət orqanlarının əməli fəaliyyəti zamanın, həyatın tələblərinə uyğunlaşdırıldı. Mövcud problemlər onların həllininə nisbətən artımının qarşısı alındı. İdarəetmə formalarında və metodlarında ətalətə, donuqluğa, fəaliyyətdə dinamizmin azalmasına son qoyuldu.Prezident İlham Əliyev mümkün qədər tez bir zamanda cəmiyyətin sosial-iqtisadi inkişafında mənfi halları aradan qaldırılmasında, ona lazımi dinamizm və yüksək sürət verməsində, gələcək üçün qəbul ediləcək qərarların son dərəcə dəqiq və məsuliyyətli, konkretr hərəkətlərin isə məqsədyönlü və səmərəli olması üçün keçmişin dərslərindən maksimum dərəcə nəticə çıxarmağı da bacarır.

Son 18 ildə ölkəmizin keçdiyi yol, əldə etdiyi iqtisadi, sosial və mədəni nailiyyətlər Prezident İlham Əliyevin ideyalarının həyatiliyini, cəmiyyətimizin tərəqqisində təcəssüm olan çox böyük potensialın inandırıcı sübutudur. Gərgin əmək və mübarizə illəri olan bu illərdə qazanılmış bütün nailiyyətlərlə qürur duymağa haqqımız vardır!

Bu illər ərzində dönüş vəziyyəti heç də təkcə daxili işlərdə yaranmamışdır. İrəliləyiş ölkəmizin xarici işləri üçün də səciyyəvidir. Müasir dünya inkişafında dəyişikliklər o qədər dərin və böyükdür ki, bunların bütün amillərini dərk edilib yenidən mənalandırılmasına, kompleks qaydada təhlilinə ehtiyac vardır. Mövcud vəziyyət Azərbaycanın xarici siyasətində yeni qaydalar, üsullar və formalar tələb edir ki, Prezident İlham Əliyev bunların öhdəsindən çox məharətlə gəlir.

"Media Məlumat Mərkəzinin" humanitar siyasət şöbəsi
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz