Teref.az: Artıq İqtisadiyyat Nazirliyinin tərkibinə verilən Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK ) yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin bir çox xidmətləri bu ilin ilk günlərindən yeni ünvanda - Xəlil Rza Ulutürk - 20 ünvanında fəaliyyət göstərən “Əmlak Xidmətləri Məkanı”na verilib .
Xidmətin yeri dəyişilsə də , vətəndaşlardan qanunsuz ödənişlərin zorla alınması praktikası dəyişməz qalıb . Görəsən , bu xidmətlər “ASAN XİDMƏT”ə niyə verilmir ? Hətta olmayan əmlaka görə ailə üzvlərinin adına arayış alınması xeyli çətinləşdirilib .
Təsəvvür edin , vətəndaş mülkünün , daşınmaz əmlakının olmaması haqqında arayış almaq üçün 10 manat rüsum ödəməlidir ! Niyə kimsə əmlakının olmamasına görə arayışı 10 manat qarşılığında almalıdır? Biz hələ xidmət haqqını demirik ! (?)
Bu məntiq(sizlik)lə gərək məhkumluğun olmaması , hərbi xidmətdə olub-olmamaq , yaşayış-qeydiyyat haqqında və bu kimi digər arayışlar da ödənişli olsun! Halbuki , heç bir haqq ödəmədən belə arayışları , ailə tərkibi haqqında arayışları da “ASAN XİDMƏT”dən asanlıqla əldə etmək olur . Amma “Əmlak Xidmətləri Məkanı”ndan eyni ünvanda yaşayan və qeydiyyatda olan ailənin 18 yaşına çatmış hər bir üzvü , adına əmlak olmaması haqqında arayış arxasınca “məkan”a şəxsən özü “təşrif buyurmalı” və 10 manat ödəyib 10 gündən sonra şəxsən özü də almalıdır ! (?) Bu yeni qayda , göründüyü kimi , istehlakçıların və ailələrin , özəlliklə aztəminatlı ailələrin – məcburi köçkünlərin , əlillərin , tələbələrin , əsgər ailələrinin hüquqlarının kobud şəkildə pozulmasına gətirir . Axı , əmlaksız olanlar başlıca olaraq elə sadaladığımız kateqoriyadan olanlardır! Məcburi köçkün , əlil , tələbə əmlakı olmamasına 10 manat ödəsin , hələ üstəlik ailəsi də ayrıca adambaşına 10 manatından və işindən - gücündən olsun ; əsgər də Murovdan xidmətini atıb , on gündən bir “əmlak xidməti”nə qaçsın ? Belə “əmlak xidməti”nin hoqqabazlıqdan özgə bir şey olmadığı göz önündədir . Harda görünüb ki , ailə adına arayışa görə adambaşına , nə az , nə çox , 10 manat rüsum , hələ üstəlik də xidmət haqqı ödəyəsən ? Bir də burada əmlakın olmamasını müəyyən etmək nə problemdir ki , 10 günə arayış hazırlanır ? Fikir verin , şəxsiyyət vəsiqəsinin verilməsinə görə 5 manat rüsum tələb edilir və hətta 10 gündən də tez hazır olur , amma dılğır bir əmlakın olmaması haqqında arayış bu boyda sənəddən iki dəfə baha başa gəlir !? Ailələrə gəldikdə isə şəxsiyyət vəsiqəsi hər bir ailə üzvünə verilməlidir , amma arayış hər ailə üzvünə heç lazım deyil axı ! On nəfərlik ailə mənzil növbəsinə dayanması üçün 10 arayış almalıdır və 100 -120 manat ödəməlidir ?
Onu da vurğulayaq ki , 2 il qabağa kimi ailənin bir üzvü bütöv ailənin adına əmlak olmaması haqqında 11 manat ödəməklə arayış ala bilirdi . Yəqin , “əmlak dəllalları”nın gözü doymayıb , tarifi adambaşına 11 manat müəyyən ediblər . İstehlakçıların hüquqlarını qoruyan İqtisadiyyat Nazirliyi yanındakı Dövlət Xidməti o biri yanına verilən Əmlak Məsələləri Dövlət Komitəsinin sözügedən xidmətinə hüquqi qiymət verilməsini təmin etməyə borcludur . Eyni borc və görəv Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsinin və Ədliyyə Nazirliyinin üzərinə də düşür . PA Dövlət nəzarəti şöbəsinin yeni müdiri Kərəm Həsənov köhnə işçilərini nəzarətsiz qoymaz , inşallah !
Anlaşılmazlıq odur ki , istənilən dövlət , hökumət qurumu şəxsiyyət vəsiqəsinin göstəriciləri ilə kiminsə əmlakının olub-olmadığını asanlıqla müəyyən edə bilirsə , insanları niyə belə çətinə salır ? Yoxun üzü qara olsun , olmayan nəyəsə ödəniş etmək sosial hökumətə para gətirə bilər , başucalığı isə yox....
Məğrur Bədəlsoy
Teref.az olaraq aidiyyatlı orqanların mövqeyini dinləməyə hazırıq!
Teref.az