Axtarış...

Sosial şəbəkələrin trol, intim cinayətkarları, yoxsa kimlərinsə düşünülmüş mundar əməlləri – ARAŞDIRMA

Sosial şəbəkələrin trol, intim cinayətkarları, yoxsa kimlərinsə düşünülmüş mundar əməlləri – ARAŞDIRMA

Son illər Kütləvi İnformasiya Vasitələrində əsasəndə son altı ayda tez-tez kimlərsə vətəndaşları, xüsusən də kişiləri, onların şəxsi həyatında gizli saxladığı bəzi məqamları üzə çıxarmaqla, intim foto və videoları ilə şantaj etməklə, onlardan pul qoparmaq və ya başqa istəklərinin yerinə yetirilməsi üçün istifadə halları ilə bağlı xəbərlərlə rastlaşırıq.

Son günlərdə isə azərbaycanlı kişilərə, qadınlara facebook, messanger, instagram vasitəsi ilə görüntülü yığıb öz bədənini göstərən və insanları şantaj edən xanımlar, kişilər peyda olub.


Millitv.az xəbər verir ki, bir neçə müraciətlərdə sosial şəbəkələrdə video, fotolar əsasında qarşımıza çıxan bu kimi problemlər öz əksin tapır.

Özlərini Türkiyə vətəndaşı kimi qeyd edən xanımlar facebookdakı aktiv profil sahiblərinə görüntülü zənglər edir və zəngi açan insan zəng edənin çılpaq şəkildə çarpayıda uzandığını görür və xanımın cəhdləri çərçivəsində kişinin(xanımın) üz görüntüləri kameraya qeyd olunur. Bir neçə dəqiqə sonra əlaqə kəsilir və zəng vuran xanımdan SMSlər daxil olur. Smslərdə videonu silmək qarşılığında pul tələb edilir. Hətta həmin şəxsin profilində tanınmış insanlar, elm xadimləri, polis, hərbiçi, molla, alim və s. varsa onlarında profil bağlantıları tora düşmüş şəxsə atılaraq video-fotoların sosial şəbəkələrə paylanacağı deyilir.

“Şantaj edərək pul tələb etmə, qanunvericiliyə əsasən, cinayət məsuliyyətinə cəlb edilir.”

Sosial şəbəkələrin trol, intim cinayətkarları, yoxsa kimlərinsə düşünülmüş mundar əməlləri – ARAŞDIRMA

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Ziya Bağırov

Bunu Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Ziya Bağırov deyir:

Şəxsə və ya onun yaxınlarına qarşı fiziki zor tətbiq etmək, əmlakı məhv etmək hədəsi ilə pul tələb etmək də cinayət məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182-ci maddəsinə əsasən, intim şəkillərlə və sair rüsvayedici məlumatların yayılacağı ilə şantaj edərək pul tələb edən şəxsi 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. Əgər bu hərəkətlər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə və ya zor tətbiq etməklə törədildikdə və ya təkrar törədildikdə və ya xeyli miqdarda (3-10 min manat civarında) pul tələb etməklə törədildikdə, təqsirkar şəxsləri 5 ildən 10 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir. Hədə qorxu ilə və ya fiziki zor tətbiq etməklə külli miqdarda (10 mindən yuxarı məbləğ) pul tələb edildikdə və bir sıra digər hallarda təqsirli şəxsləri 10 ildən 15 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir”.
Ümumiyyətlə hədə-qorxu ilə tələb etmənin üsullarından biri olan zərərçəkmiş şəxs və ya onun yaxın qohumları haqqında rüsvayedici məlumatlar yayma hədəsində məlumatların həqiqətən rüsvayedici olub-olmamasının, onun həqiqətə uyğun olub-olmamasının əhəmiyyəti yoxdur. Əsas odur ki, şəxs həmin məlumatları gizli saxlamağa çalışır və onların yayılacağı halda isə özünün ləkələnəcəyini düşünür. Belə məlumatlara şəxsin intim həyatı ilə bağlı məlumatlar, onun törətdiyi müxtəlif hüquq pozuntuları barədə məlumatlar və s. aid edilə bilər.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsinin şərh edilməsinə dair 21 oktyabr 2011-ci il tarixli qərarına görə, məlumatların rüsvayedici kimi qiymətləndirilməsi tamamilə şəxsin həmin məlumatları necə qəbul etməsindən asılıdır. Burada zərərçəkmiş şəxs həmin məlumatları gizli saxlamağa çalışır, onları yayma hədəsi isə təqsirkar tərəfindən zərərçəkmiş şəxsdən müəyyən əmlak əldə etmək məqsədilə daşıyır.

Hədə-qorxu ilə tələb etmə cinayəti Cinayət Məcəlləsinin 182-ci maddəsində göstərilmiş tələblərlə birləşmiş hədənin zərərçəkmiş şəxsə çatdırıldığı andan başa çatmış hesab edilir. Bu cinayəti törədərkən 14 yaşına çatmış anlaqlı fiziki şəxslər cinayət məsuliyyətinə cəlb edilir.

Saytımızın əməkdaşları bu mövzuda üç aydan artıq bir müddətə araşdırma aparıb. Qarşımıza çıxan bir neçə video əsasında zəng vuranın facebook profili dəqiqləşdirilib və həmin insanla əlaqə qurulub.

Tam şablon senari əsasında həmin xanım ilk öncə özünün türkiyədə yaşadığını və bekar olduğunu söyləyir və növbəti uğurlu cəhdlərini etməyə başlayır. Görüntülü danışmada hər iki şəxsin üz görüntüsü əks olunur. Amma xanım (kişi) bir neçə saniyə sonra tam çılpaq formada olduğu görünür. Bir neçə dəqiqə sonra xanım (kişi) əlaqəni kəsir və toruna saldığı şəxsə onun facebook dostlarının profil şəkillərini ataraq videonu onun dostlarına atacağını deyir və qarşılıqlı formada müəyyən məbləğdə pul tələb edilir. Artıq bir neçə nəfərin belə video-fotoları yayılıb. Düzdü bu kişilər üçün o qədərdə önəm daşımır çünki, burda qeyri-adi bir şey yoxdu. Belə videolardan ən çox qadınlar əzab çəkir desək yanılmarıq.

Digər maraqlı məsələdə bundadır ki, həmin xanım (kişi) toruna saldığı insanın videosunu çəkəndən sonra profilini silir və yeni profil yaradır.

Belə profilləri əsasən belə formada və yaxud da belə adlarla olur. “Dərya Dərya”, “Xanım Xanım”, “İrmak İrmak”, “Asya Asya” və s.

Sosial şəbəkələr vasitəsi ilə və.s formada şantaj edilən vətəndaşlar DİN-nə və Prokurorluq organlarına müraciət edə bilər.

Sosial şəbəkələrin trol, intim cinayətkarları, yoxsa kimlərinsə düşünülmüş mundar əməlləri – ARAŞDIRMA

DİN-nin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev

Məsələ bağlı DİN-nin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyevlə əlaqə saxladıq.

Elşad müəllim bildirdi ki, belə hallar olarsa, DİN-nə daxil olan müraciətlər araşdırılır və aidiyyatı üzrə digər dövlət organlarına yönləndirilir. Bunun bir adı var – Kibercinayətkarlıq..-deyə qrum rəsmisi qeyd edib.
Sosial şəbəkələrin trol, intim cinayətkarları, yoxsa kimlərinsə düşünülmüş mundar əməlləri – ARAŞDIRMA

Kibernetika Kompyuter Texnalogiyaları üzrə mütəxəsis Edik Ağayev:

Belə hallarda şəxsi müəyyənləşdirmək onun sosial şəbəkəyə hansı ölkədən daxil olduğunu bilmək və növbəti işləri aparmaq lazımdır. Əksər hallarda belə kiber cinayətkar şəbəkəni müəyyənləşdirmək mümkündür. Bunun üçün həmin şəxsin İP-ünvanını dəqiqləşdirmək və qeydiyyatdan keçdiyi ölkə kodunu əsasəndə nömrə əsasında tapmaq mümkündür. Elə xüsusi şifrələnmiş programlar da var ki, onu araşdırıb tapmaq nə mümkün olmur ya da çox vaxt sərf edən bir prosudur olur..

Bəs bu iyrənc şəbəkənin toruna düşən insanlarda hansı psixaloji problemlər yarana bilər.

Belə vəziyyət depresiya intihar halına çata bilərmi?
Sosial şəbəkələrin trol, intim cinayətkarları, yoxsa kimlərinsə düşünülmüş mundar əməlləri – ARAŞDIRMA

Psixoloq Hacı Savalan Cəfərov

Psixoloq Hacı Savalan Cəfərov isə deyir ki, depressiyadan əziyyət çəkən insanların böyük hissəsi intihara cəhd eləmir. Lakin depressiya suisidal riskin başlıca amilidir və özünü suisidal fikirlər, intihar planlarının qurulması və intihara cəhd şəklində büruzə verə bilər. Ancaq yadda saxlamaq lazımdır ki, başqa psixi pozuntular da yüksək suisidal risklə assosiasiya oluna bilər. Belə pozuntulara yaşanan ailə problemləri, alkoqol və narkotiklərdən asılılıq, sərhədi şəxsiyyət pozuntusu, bipolyar affektiv pozuntu, posttravmatik stress pozuntusu və anamnezdə psixi travma aid etmək olar.

Əgər yaxın bir insan suisidal fikirlər söyləyirsə, buna ciddi, ancaq panikaya yol vermədən yanaşmaq lazımdır. Suisidal risk vəziyyətində olan insanı dinləmək, dəstək göstərmək, təhlükənin səviyyəsini dəyərləndirmək məqsədilə təcili psixi sağlamlıq üzrə mütəxəssislərlə görüşünə yardımçı olmaq vacibdir.

KanalS.az olaraq az da olsa bu mövzuda xırda bir araşdırma apardıq ki, ictimayyət bu mövzuda ayıq olsun. Bizləri isə hələdə bir sual maraqlandırır.

Niyə tora salınan insanların əksəriyyəti dövlət işlərində çalışan və tanınmış insanlar olur?

Bu hərəkətləri, cinayətkarlığı edənlərin tələb etdikləri puldan başqa hansı maraqları var?

Bütün izləyicilərimizə,sosial şəbəkə istifadəçilərinə tanımadığı insanlardan, nömrələrdən gələn zəng, sms bildirişləri açmamağı məsləhət görürük.

Nəticə bəllidir. Atalar məsələsində deyildiyi kimi. “Milçək bir şey deyil, sadəcə ürək bulandırır”.
Sosial şəbəkələrin trol, intim cinayətkarları, yoxsa kimlərinsə düşünülmüş mundar əməlləri – ARAŞDIRMA
Sosial şəbəkələrin trol, intim cinayətkarları, yoxsa kimlərinsə düşünülmüş mundar əməlləri – ARAŞDIRMA
Sosial şəbəkələrin trol, intim cinayətkarları, yoxsa kimlərinsə düşünülmüş mundar əməlləri – ARAŞDIRMA
Sosial şəbəkələrin trol, intim cinayətkarları, yoxsa kimlərinsə düşünülmüş mundar əməlləri – ARAŞDIRMA
Sosial şəbəkələrin trol, intim cinayətkarları, yoxsa kimlərinsə düşünülmüş mundar əməlləri – ARAŞDIRMA
Sosial şəbəkələrin trol, intim cinayətkarları, yoxsa kimlərinsə düşünülmüş mundar əməlləri – ARAŞDIRMA
Sosial şəbəkələrin trol, intim cinayətkarları, yoxsa kimlərinsə düşünülmüş mundar əməlləri – ARAŞDIRMA
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz