Axtarış...

Ceyhun Bayramovun kadrından PANDEMİYA YIĞIMI... - İTTİHAM

Ceyhun Bayramovun kadrından PANDEMİYA YIĞIMI... - İTTİHAM


Bərdənin təhsil şöbəsi müdiri Rzaqulu Şərifov yaş senzi ilə əlaqədar vəzifəsindən getməliydi. Amma bu, baş vermir.

Reportyor.info-ya verilən xəbərə görə, təhsil naziri Ceyhun Bayramova yerlərdəki kadrlar haqda müfəssəl məlumatlar çatdırılmır. Bu səbəbdən yaş senzi işləməyə icazə verməyən təhsil işçiləri kifayət qədərdirlər.

R.Şərifov da onlardan biridir. Pandemiya ilində dərslərin alt-üst olması, hamının başının qarışması ona fürsət verdi ki, təhsil şöbəsi müdiri işini davam etdirsin.

Onun TŞ şefi postunda qalmasında icra başçısı Vidadi İsayevin də rolu var. Nazir isə sentyabrdan bölgələrdə təhsil müdirlərini dəyişməsə, islahatlar aparmasa irəliləyişə nail olmaq mümkünsüzdür.

Çünki R.Şərifov kimi TŞ müdirləri rayonlarda təhsili bazar qaydaları ilə idarə edirlər. İddialar səslənir ki, Bərdənin 80 orta məktəbində işləyən 5 minə yaxın müəllimin hər ay maaşından 10 manat kəsilir. Bu vəsaitlər hara gedir bilinmir, lakin korrupsiya qoxusu gəlir.

Xəbərlərə görə, nazirlik bir müddət əvvəl Bərdə rayon Təhsil Şöbəsində maliyyə yoxlamaları aparıb və mənimsəmə faktları aşkarlanıb.

R.Şərifov pandemiya dövründə də qanunsuzluqlara imza atıb. Son məlumatlarda iddia edilir ki, 6 saylı məktəbin informatika fənni üzrə müəllimi Billurə xanım təhsil şöbəsinə məxsus inzibati binada oturur.

Deyilənə görə, xərac yığır. İmtahan vermək məqsədilə qeydiyyatdan keçmək istəyən hər şagirddən 5, yaxud 10 manat alır, hər kəsi “yola verir”.

R.Şərifovun təlimatlarını yerinə yetirən Billurə xanım özü də varlanıb: iki maşın, bir bahalı televizor…

Bundan əlavə, təhsil şöbəsinin Sürəyya adlı əməkdaşının müqavilə müddəti başa çatsa da, işini davam etdirir.

Bu da başadüşüləndir. Çünki təhsil şefi Şərifov özü yaş senzi ilə əlaqədar vəzifədən getməli olduu halda kreslodan bərk yapışıb, əməkdaşı niyə getsin ki?!

Reportyor.info xəbər verir ki, R.Şərifov Tərtərə icra başçısı getmək arzusundadır. Amma ona belə səlahiyyət həvalə olunacağı inandırıcı deyil.

O, həmin R.Şərifovdur ki, oğlu harınlamış məmur övladları kimi məktəbə məxsus 09 AA 089 dövlət nömrə nişanlı avtomobillə qəza törətməsi ilə ad çıxarmışdı. Ona görə imici zədəli bir kadr başçı təyin edilməz.

Bir müddət əvvəl də Xalid Vahidoğlu adlı vətəndaş Bərdə təhsilindəki vəziyyəti belə təsvir etmişdi:

“Bərdə rayonunda Rzaqulu Şərifov adlı şəxs var. Uzun müddət məktəb direktoru və 2013-cü ildən isə Bərdə rayon Təhsil şöbəsinin müdiri işləyib. Bu şəxsin adı ilə axtarış verəndə rüşvət, korrupsiyadan tutmuş təhsil işçisinin adına yaraşmayan o pis əməl yoxdur ki, çıxmasın”.
Text-to-Speech

DİNLƏ






Şərh yaz