Axtarış...

TƏBİB rəsmisi: “Britaniya ştammı sürətlə yayılır”

TƏBİB rəsmisi: “Britaniya ştammı sürətlə yayılır”



“Bütün viruslarda mutasiyalar baş verir”.

Bu sözləri Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirilən brifinqində “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, hətta qrip əleyhinə hər il yeni peyvəndlər hazırlanır:

“Qrip infeksiyası da mutasiya olunur. Odur ki, Britaniya ştammı da virusun mutasiya növüdür. Sadəcə bizə bəlli olan odur ki, Britaniya ştammı sürətlə yayılır. Virusun mutasiyaya uğraması normal prosesdir.

Braziliyada bu virusun iki fərqli növü də aşkarlanıb və bu istiqamətdə araşdırmalar aparılır”.
Text-to-Speech

DİNLƏ






Şərh yaz