Axtarış...

İkibaşlı səhiyyə sistemi bir qərara gələ bilmirsə... - PROBLEM

İkibaşlı səhiyyə sistemi bir qərara gələ bilmirsə... - PROBLEM

Faktdır ki, artıq respublikamızda SƏHİYYƏ sistemi çökmək üzrədir. Yəni, bu sahənin adı var, amma özü yoxdur. Ona görə də, kim nə istəyir onu da edə bilir və bunun qarşısını almağı isə, bir kimsə düşünmür.

Dərman almağa imkanı olmayanlar isə,ölümə məhkum olurlar. Bir sözlə, dövlət, dövlət məmurları, Milli Məclis bu haqqda tədbir görmürlər, yaxud da görmək istəmirlər. Ölkəmizin Səhiyyə Nazirliyi bəyan edir ki, Azərbaycanda fəaliyyət göstərən dövlət xəstəxanaları pulsuz fəaliyyət göstərirlər. Həkim müayinəsi, dərmanlar, analiz, rentgen, aparaturadan keçmə, bir sözlə hər şey pulsuzdur.

Bu tamamilə ağyalandır və həqiqəti ifadə etmir. Rayonlarda fəaliyyət göstərən dövlət xəstəxanaları rüşvətin ən çox inkişaf etdiyi bir sahədir. Xəstəxanaların girişindən tutmuş çıxışına kimi “əl çibdə” olmalıdır. Çünki, hər şey pulla həllini tapır. Xəstəxanalar “Rayon sahibləri”nə” aylıq “haqq-hesab” verirlər. Yəqin ki, yığılan pulların böyük qismi Səhiyyə Nazirliyinin “SAHİBLƏRİNƏ” və s. çatır.

Bu Nazirlik öhdəçilik götürüb ki, 2021-ci ilin sonuna kimi Respublikamızda kasıb adam qalmayacaq. Belə ki, pulu olmayan xəstələrə Səhiyyə Nazirliyi kömək etmək istəmir, nəticədə xəstələr ölümə məhkumolurlar. Rayonlarda dövlət xəstəxanaları “ÖZƏLLƏŞDİRİLİB”, yəni pullu xidmətə keciblər. Bütün dövlət xəstəxanalarında həkim müayinəsi ən azı 10 manat, UZİ 30- 70 manat, rentgen 15-40 manat, analiz 3 - 70 manat, cərrahiyə əməliyatları 300 - 1000 manat, doğum evində uşaq dünyaya gətirmək 400-500 manatdır. Yəni, xəstəxanalarda söz soruşmaq da pulludur. Belə bir “RÜSUMLAR” rayonlara və şəhərlərə görə dəyişir (yüksələ bilər). Elə hallar olur ki, pullar əvvəlcədən alınır. Gün ərzində dövlət xəstəxanalarında küllü miqdarda vəsaitlər toplanır.

Çünki, “YUXARILARA” aylıq “haqq-hesab” çatdırılır. Əgər hər hansı bir xəstənin pulu yoxdursa, deməli onu həkimlər qəbul etməyəcəklər. Yəni, həmin şəxsi məcbur edəcəklər ki, o, evini, torpağını, mal-qarasını, həyətində olan toyuq-cücəsini satıb həkimlərə versin. Yaxud da həkimlərə vermək üçün “sələm” götürməlidirlər. Bunları edə bilməyənlər ölümə məhkum olurlar, sonda da şikayətlərin sayı artır, vətəndaşlar dövlətdən narazı olurlar. Bütün bunları DÖVLƏT, MİLLİ MƏCLİS, MƏMURLAR, HÜQUQ- MÜHAFİZƏ ORQANLARI çox gözəl bilirlər.

Ona görə ki, onlar yığılan pullardan pay alırlar və belə hallara da göz yumurlar. Faktdır ki, bu gün şikayət etməyə ünvan yoxdur və şıkayət olunsa da, şikayətə baxan tapılmır. Ona görə də xəstəxanalar bir kimsədən çəkinmədən sakinlərin “qanını sorurlar”. Sakinlərə tövsiyyəmiz belədir: “Çalışın xəstələnməyin, özünüzü qoruyun, Allah amanında olun!”. Evlərdə yatan karonaviruslu xəstələrə dövlət tərəfindən nə dərman təminatı ödənilir, nə də həkim köməkdarlığı göstərilir. Dövlət məmurları, səhiyyə, TƏBİB bildirirlər ki, “dövlət tərəfindən xəstələrə hər cür yardım göstərilir”. Bunlar hər biri ağyalandır.

Bir nəfər desin ki, mənim xəstəmə dövlət tərəfindən hər hansı yardım göstərilib. Artıq heç bir xəstəxana karonaviruslu xəstələri qəbul etmirlər. Etmək fikri olsa da, TƏBİB-dən icazə alınmalıdır. Xəstə üçün təcilı-tibbi yardıma zəng edirsən, cavab verirlər ki, TƏBİB-dən icazə alın, sonra biz gələk. TƏBİB-ə zəng edirsən, xəstəxanalarda yer olmadığını deyirlər, xəstənin vəziyyəti ağırlaşdıqda isə onların cavabı belə olur: “Xəstə ağırlaşanda zəng etmisiniz”. Xəstə sahibi başqa həkimlərə müraciət etməyə məcbur olur.

Həkimlər karonavirus adını eşitdirlər, o halda onlar müxtəlif bəhanələr gətirərək xəstələri müayinə etməkdən imtina edirlər. Həticədə xəstələrin vəziyəti ağırlaşır. Karonoviruslu xəstələrə dövlət tərəfindən pulsuz verilməli olan dərmanları apteklərdən baha qiymətə pulla alıb alıb istifadə edirlər, pulu olmayanlar da ölümə məhkum olurlar. Xəstələrə ALLAH özü kömək olsun!. TƏBİB-dən nə dərman, nə də ki, başqa köməklik gözləməyin!. Son vaxtlar bu qurum gündəlik məlumatlar yayır ki, karonavirusa tutulanların sayı azalmaqda davam edir. Bu heç də həqiqəti əks etdirmir.

Çünki, insanlar Səhiyyə Nazirliyinə və TƏBİB-ə olan inamlarını itiriblər. Heç kəs xəstəliyi ilə bağlı xəstəxanalara və TƏBİB-ə müraciət etmir.. Bilirlər ki, onlara heç bir kömək göstərilməyəcək. Ona görə də özləri bildikləri formada özlərini müalicə etməyə çalışırlar. Onlarla xəstə tanıyıram ki, onlar xəstəxanalara müraciət ediblər, nəticədə baxımsızlıqdan, fəaliyyətsizlikdən, süründürməçilikdən şikayətləniblər və sonda öz evlərində müalicə olunublar. Xəstələrin sayı TƏBİB-in verdiyi saydan qat-qat yüksəkdir.

Artıq xəstəxanalar karonaviruslu xəstələri qeydiyyata almırlar, çünki qeydiyyata alsalar xəstələrə baş çəkmək, dərman yardımı göstərmək lazım olacaq. Digər tərəfdən, TƏBİB-də say artımı olacaq, qarşı tərəf də bunu istəmirlər. Xəstə sahibləri xəstə ağırlaşdığı halda təcili-tibbi yardıma zəng edib məlumat verirlər. Karonaviruslu xəstələrə çox zaman təcili-tibbi yardımın gəlməsi saatlarla vaxt aparır ki, bu da sonda xəstələrin ölümünə səbəb olur. //araz.az//
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz