Axtarış...

İki oğlu Vətən Müharibəsində iştirak edən ata şikayətçidir - İcra başçısı söz versə də...

İki oğlu Vətən Müharibəsində iştirak edən ata şikayətçidir - İcra başçısı söz versə də...

Göyçay sakini Famil İsrafilovun iki oğlu Vətən müharibəsi iştirakçılarıdır. Böyük oğlu Şamil İsrafilzadə hazırda hərbi xidmətdədir. O, Füzuli uğrunda gedən döyüşlərdə yanında mərmi partlaması nəticəsində qəlpə yarası, baş beyin travması alıb, görməsində problem yaranıb.

“Hərbi hissədən göndərdilər müalicəyə. Ancaq müalicəsi tam aparılmadı. Beyindəki olan travmalar, gözü ilə əlaqədar olan müalicələr tam aparılmadı. Səhhəti yenidən yaxşı deyil, normada deyil”.

F. İsrafilov bildirir ki, oğullarının göstərdiyi şücaətlərə görə, Məşğulluq Agentliyi tərəfindən dəvət edilib. Onlara vulkaniasiya aparatı verilməsi vəd edilib. Göyçay rayon İcra Hakimiyyəti tərəfindən isə həmin aparatların yerləşdirilməsi üçün torpaq verilməsi nəzərdə tutulub. Ancaq 8 aydan çoxdur ki, verilən vədlərin heç biri yerinə yetirilməyib. //gozetci.az//
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz