Axtarış...

Rafayıl Quliyev NƏDƏN NARAHATDIR? - QALMAQAL

Rafayıl Quliyev NƏDƏN NARAHATDIR? - QALMAQAL

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Rafayıl Quliyev məmur qılıncını siyirərək "Demokratik.Az" saytının baş redaktoru, jurnalist Osman Nərimanoğluna qarşı təhdidə, hədə-qorxuya keçib. Aparat rəhbərinin məqsədi Gəncədə yerləşən Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu barədə "Demokratik.Az" saytında yer alan tənqidlərin dayandırılması, institutda mövcud olan və özünün də adının hallandığı bir sıra maddi maxinasiyaların araşdırılmasının durdurulmasıdır.

Bugün səhər saatlarında "BM və TB ETİ"-nin baş mühasibi Ulduz Məmmədova və ETİ-nin direktoru Elçin Xəlilovun jurnalistə telefon zəngindəki dialoq bu cür düşünməyə əsas verir. Eləcə də (saat 10:48 / 055-638-21-64 nömrəli zənglə) Osman Nərimanoğlu ilə telefon danışığında xeyli həyəcanlı danışan baş mühasibin sivil və etik normaları bir kənara atıb, bir az da kriminal dildə danışması, danışıq əsnasında durmadan Rafayıl Quliyevin adını önə sürməsi bizdə yalnız təəssüf doğurur. /26.07.2021/

Xatırladaq ki, bir neçə gün əvvəl sözügedən institutda baş verən bir sıra özbaşınalıqlar barədə Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunda pullar BELƏ TALANIR sərlövhəli yazı dərc etmişik (http://www.dia.az/9/303161-bitki-muhafize-ve-texniki-bitkiler-elmi-tedqiqat-nstitutunda-pullar-bele-talanr.html). Yazıda instituta ayrılan büdcə pullarının qəribə və qeyri-ənənəvi qaydalarla xərclənməsinə diqqət ayırmağa çalışmışdıq. Görünür ki, KTN-də aparat rəhbəri olana qədər KTN-nin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri vəzifəsində çalışan və "BM və TB ETİ"-nin rəhbərliyi ilə sıx münasibətdə olan Rafayıl Quliyev nazirliyin işində şəffaflığı qorumaq, saytımızda yazılan nöqsanların təcili aradan qaldırılmasına çalışmaq, büdcə pullarının havaya sovrulmasının tormozlanmasında iştirak etmək, sözügedən institutun elmi potensialının yüksəldilməsində maraqlı olmaq əvəzinə, direktoru Elçin Xəlilovun və baş mühasib Ulduz Məmmədovanın sayt rəhbərinə qarşı təhdidində maraqlıdır. İddiaya görə, onu buna vadar edən səbəb sözügedən müəssisənin bütün xeyirlərinə şərik olmasıdır.

"BM və TB ETİ"-də baş verən xoşagəlməz proseslər diqqətimizdədir və institutun pullarının ciblərə sovrulmasında imzası olan xanım mühasibin vasitəsilə aldığımız təhdidin aradan qaldırılması üçün aidiyyatı üzrə hüquq mühafizə orqanlarına müraciət edəcəyik.

Bir daha ifadə edir və ümid edirik ki, gənc nazir İnam Kərimov silkinib Gəncədə yerləşən "BM və TB ETİ"-nin fəaliyyətinin araşdırılmasına diqqət ayıracaq. Yoxsa, bu işlər aparat rəhbəri Rafayıl Quliyevin qeyri-rəsmi kurasiyasına tabe edilməklə yürüməyəcək.
Demokratik.Az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz