Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 148 yeni yoluxma faktı qeydə alınıb, 56 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, son sutka ərzində koronavirus infeksiyasından iki nəfər ölüb.