Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 293 yeni yoluxma faktı qeydə alınıb, 2 071 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 31 nəfər vəfat edib.
Azərbaycanda indiyədək cəmi 291 894 nəfər koronavirus infeksiyasına yoluxub.
Onlardan 255 833 nəfər müalicə olunaraq sağalıb, 4 009 nəfər vəfat edib, aktiv xəstə sayı 32 052 nəfərdir.
Ölkədə son sutka ərzində 14 086, hazırkı dövrədək isə 3 054 472 test aparılıb.