Rusiya Prezidenti Vladimir Putinin göstərişi ilə Türkiyəyə yanğınların söndürülməsinə kömək etmək üçün Hərbi Dəniz Qüvvələrinin dəniz aviasiyasına məxsus Be-200 amfibiya təyyarəsi göndərilib.
Bunu Rusiya müdafiə naziri Sergey Şoyqu bildirib.
Rusiyanın Müdafiə Nazirliyindən verilən açıqlamaya görə, Sergey Şoygu tərəfindən Türkiyədəki meşə yanğınlarının söndürülməsində iştirak üçün göndərilən Be-200 amfibiya təyyarəsi Adanadakı müvəqqəti bazaya uçub.