Axtarış...

Sergey Lavrov: “Əməkdaşlığımızın genişlənməsi üçün yaxşı perspektiv var”

Sergey Lavrov: “Əməkdaşlığımızın genişlənməsi üçün yaxşı perspektiv var”

“Biz Prezident İlham Əliyevlə görüşdə əlaqələrimizi kompleks şəkildə müzakirə etdik. Əməkdaşlığımızın genişlənməsi üçün yaxşı perspektiv var”.

Bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, son dörd ayda Azərbaycan və Rusiya liderləri bir dəfə görüşüb, beş dəfə telefonla danışıb.

“Mən özüm də tez-tez azərbaycanlı həmkarımla əlaqədəyəm”, - deyə S.Lavrov əlavə edib.

O qeyd edib ki, bu ay Azərbaycan Baş naziri Əli Əsədovun Moskvaya səfəri gözlənilir.

“Ölkələrimiz arasında ticarət dövriyyəsi 3 milyard dollar idi. Bu rəqəm koronavirus pandemiyası ilə əlaqədar bir qədər azalıb”, - deyə S.Lavrov bildirib.

O bildirib ki, Rusiya istehsalı olan vaksinlərin birinci partiyası Azərbaycana gətirilib:

“Humanitar sahədə əlaqələrimiz genişlənir. Bu il Azərbaycanda Azərbaycan-Rusiya Regionlararası Forum keçiriləcək. Rusiyada isə Azərbaycan günləri keçiriləcək”.



Şərh yaz