Gədəbəydə güclü yağış nəticəsində gələn sel ölümə səbəb olub.
Hadisə rayonun Moruqlu kəndində baş verib.
Yağan güclü yağışlar nəticəsində kənd sakini 1958-ci il təvəllüdlü S.Sadıqovu sel aparıb.
İlkin məlumatlara görə, o, kənddə çoban olub.
Hazırda Gədəbəy və ətraf rayonlarda yağmurlu hava şəraiti davam edir.