Axtarış...

Daşkəsəndə qarlı hava şəraiti avtomobil qəzasına səbəb olub

Daşkəsəndə qarlı hava şəraiti avtomobil qəzasına səbəb olub

Daşkəsəndə avtomobil aşıb, xəsarət alanlar var.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Daşkəsən-Gəncə avtomobil yolunun rayonun Aşağı Daşkəsən qəsəbəsinin yaxınlığından keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes-Benz" markalı avtomobil yolun sürüşkən olması səbəbindən idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü və avtomobildə olan sərnişin xəsarət alıb.

Qeyd edək ki, axşam saatlarında başlayaraq rayon ərazisində qar yağır.

Faktla bağlı araşdırma aparılır.



Şərh yaz