Axtarış...

Kəskin hava şəraiti Bakı-Şamaxı yolunda ciddi çətinliklər yaradıb - VİDEO

Kəskin hava şəraiti Bakı-Şamaxı yolunda ciddi çətinliklər yaradıb - VİDEO


Kəskin hava şəraiti respublika yollarında nəqliyyatın hərəkətinə ciddi çətinliklər yaratmağa davam edir.

Yağan qar və güclü külək Baki-Şamaxi-Yevlax yolunda avtomobillərin sürüşməsinə səbəb olub.

Şaxtalı hava yolların buz bağlamasına və sürücülərin getdikləri ünvana zamanında çata bilməməsi ilə nəticələnib.

Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları yollarda yaşana biləcək yol nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə səfərbər olub.

Belə ki, Baki-Şamaxi-Yevlax yolunun 41-46-cı kilometrliyində nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsi üçün yol polisi əməkdaşları irəlidə gedərək sürüclərə yol açır.

Sürücülər göstərilən kömək və təhlükəsizliyin təmin olunmasında əziyyət çəkən yol polisi əməkdaşlarına təşəkkür ediblər.



Şərh yaz