Axtarış...

"Elmed" Tibb Mərkəzindən ölümdə təqsirləndirilən cərrahla bağlı AÇIQLAMA

"Elmed" Tibb Mərkəzindən ölümdə təqsirləndirilən cərrahla bağlı AÇIQLAMA

“Elmed” Tibb Mərkəzi cərrah Məhəmməd Neciyevə qarşı cinayət işinin başlanması ilə bağlı məlumata münasibət bildirib.

Klinikanın mətbuat xidmətinin rəhbəri Yusif Osmanov Trend-ə açıqlamasında bildirib ki, hadisə oktyabrın 4-də baş verib: "Faktla bağlı dərhal cinayət işi başlanıb və istintaq aparılıb. M.Neciyev "Elmed" Tibb Mərkəzində müqavilə əsasında işləyib. Hadisədən sonra isə onunla "Elmed" Tibb Mərkəzi arasında bağlanan müqaviləyə xitam verilib. Oktyabr ayının 6-dan etibarən M.Neciyevin tibb mərkəzi ilə heç bir əlaqəsi yoxdur. Artıq 3 aydır ki, adıçəkilən cərrahla əməkdaşlıq etmirik".

Qeyd edək ki, 1963-cü il təvəllüdlü Əliyev Himayil Əli oğlu bu il oktyabrın 4-də səhər saat 11 radələrində "öd daşı və kəskin kalkulyoz" diaqnozu ilə “Elmed” Tibb Mərkəzinə daxil olub və əməliyyata götürülüb.

H.Əliyev saat 13 radələrində əməliyyatdan çıxıb və həmin gün axşam saat 21 radələrində dünyasını dəyişib.

Faktla bağlı Cinayət Məcəlləsinin (CM) 314.2-ci (səhlənkarlıq, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. M.Neciyev Himayil Əliyevin ölümündə səhlənkarlıq etməkdə günahlandırılıb.

Artıq M.Neciyevin cinayət işinin ibtidai istintaqı başa çatıb və baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.
Text-to-Speech

DİNLƏ






Şərh yaz