Son 1 ildə dalbadal icra başçılarının, nazir müavinlərinin, generalların, hətta nazirlərin həbs olunması, bəzi məmurların, el dilində desək “kürkünə birə salıb”.
Yəni düşünürlər ki, belə bir qara gün onlar üçün də var. Ona görə də hansısa yolla, xəstəlik adı ilə, əlillik kağızı düzəltməklə və digər yollarla “meydanı” tərk etmək istsəyirlər ki, bəlkə “xatadan sovuşalar”.
Belə məmurlardan biri də Daşkəsən rayon İcra Hakimiyyətinin “Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi”nin müdiri Yolçuyev Meydanəli Binəli oğludur. Meydanəli müəllim həm də 20 ildir ki, Yeni Azərbaycan Partiyasının Daşkəsən rayon təşkilatının sədridir.
Görəsən, Meydanəli Yolçuyev 20 il “ləzzətini” gördüyü partiya kreslosundan niyə qaçıb Əli İnsanovun Haqq və Ədalət partiyasına minmək istəyir.
Məşhur misalda deyiir ee, gəmi batanda birinci siçovullar gəmini tərk edir.
Ay Meydanəli müəllim, axı hazırda rayon şöbəsində sədr olduğun YAP bayram ovqatındadır, Qarabağımızın Müzəffər Ali baş Komandan İlham Əliyevin rəhbərliyi altında azad olunmasını bayram edir, yəni YAP gəmisi siyasi okeanda sürətlə irəliləyir. Yəni sənin qaçıb Əli İnsanovun ətəyindən yapışmana ciddi səbəb yoxdur.
Bəlkə səbəbi özündə axtaraq.
Deyəsən ipin ucunu tapmışıq.
Bəli, bacanağın, həm də sənin şərikin Bəxtiyar İsmayılov Gəncə Ağır Cinayətlər Məhkəməsində saxta əlillik dərəcəsi verilməsi, digər vədlərlə vətəndaşlara qarşı dələduzluqda və rüşvətə təhrikdə təqsirləndirilərək 6 il müddətinə azadlıqdan məhrum edilib.
Bax, səni qorxuya, daha doğrusu, qarın ağrısına salan budur.
Elə bilirsən ki, həmyerlin, doktor Əli İnsanov sənin qarnını sağaldacaq ? Ayy-hay.
Əli İnsanovun özünün başını sağaldan lazımdır.
Yaxşı, bacanağın Bəxtiyar İsmayılov çoxsaylı vətəndaşların şikayəti əsasında Abşeron rayon məhkəməsinin hökmü ilə 2 il 8 ay müddətinə həbs ediləndə qohumunu başa sala bilmirdin ki, cinayət cəzasız qala bilməz.
Qeyd edək ki, cinayət işinin istintaqı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılıb.
“Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Daşkəsən rayon filialının sədri işləmiş Bəxtiyar İsmayılov ayrı-ayrı dövlət orqanlarında işə qəbul olunmaları, eləcə də “Qarabağ müharibəsi veteranı” adı verilməsi ilə bağlı vətəndaşları aldadıb onlara məxsus 14 min 700 manat pul vəsaitini ələ keçirməkdə təqsirləndirilib.
Aparılan araşdırmalarla qeyd edilir ki, Bəxtiyar İsmayılovun öz qulluq mövqeyindən sui-istifadə etməklə 26 nəfərdən ibarət ayrı-ayrı vətəndaşları vəzifəli şəxsə rüşvət verilməklə sosial evlərin verilməsi, sosial yardım təyin edilməsi, əlillərə dövlət tərəfindən avtomobil verilməsi, habelə əlillik dərəcəsinin təyin edilməsini təşkil edəcəyi barədə yalan vədlər verərək, ümumilikdə, 119 min 600 manat pulu dələduzluq yolu ilə ələ keçirib.
Bundan başqa, istintaq zamanı Bəxtiyar İsmayılovun Gəncə şəhər 1 nömrəli Birləşmiş Uşaq xəstəxanasının poliklinika bölməsinin sahə həkim pediatrı Mənzər Nəzərəliyeva ilə cinayət əlaqəsinə girərək 4 nəfərə əlillik dərəcəsinin təyin edilməsi üçün, ümumilikdə, 8500 manat pulu dələduzluq yolu ilə ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.
Bütün bunlar sənin gözünün qarşısında baş verib, ay Meydanəli bəy. Sən bunları görmürdün, bilmirdin ?
Əlbəttə, görürdün və bilirdin.
Bacanağın hətta sənin vəzifədə olmağından da istifadə edirdi. Deməli, əlahəzrət məntiq deyir ki, şərik olmusunuz və əməlli-başlı qazanmısınız. Hətta sizin əlillik “dınışka”nızı da bacanağın Bəxtiyar düzəldib.
Sən bilərəkdən cinayətə şərait yaratmısan. Hətta zərərçəkənləri xidməti kabinetinlə qonşu otaqda dilə tutmusan, aldatmısan ki, hər şey yaxşı olacaq.
Bəli, sənin üçün yaxşı olub, həmən pullarla özünə mülklər almısan. Təkcə Abşeron rayonunun Saray qəsəbəsindəki villanın 800 min manat dəyəri var. İndi Bəxtiyarla aranızda münaqişə yaranıb. Bacanağın həmən villanı satmaq istəyir, sən isə baldızın Aynur Xurşud qızının vasitəsilə imkan vermirsən. Axı, şəriksiniz.
Sən cinayətkar Bəxtiyar İsmayılovun sənə düzəltdiyi III dərəcəli əlilliklə istintaq zamanı cinayət məsuliyyətindən yayına bildin.
Meydanəli Yolçiyev, təzə bir misal var: Deyir bacanağını göstər, sənin kim olduğunu deyim.
Bacanağını həbsxanada bit basıb yeyir, sən də Saray qəsəbəsindəki villada kef edirsən. Özünü xəstəliyə vurub, III dərəcəli əlillik sənədindən sui-istifadə edirsən.
Müharibənin dəhşətli bir vaxtında Qarabağ müharibəsi əlillərinin əlillik dərəcəsi ləğv olunduğu halda Daşkəsən rayonunun İcra Hakimiyyətinin şöbə müdiri Meydanəli Yolçuyev bir neçə yerdən məvacib alsa da əlillik dərəcəsinə düşən pulu da alır.
Ay Sahil Babayev, sən 4-5 təşkilatdan pul alan Meydanəli Yolçuyevi görmürsən, təkcə veteran təqaüdü ilə dolanan Qarabağ döyüşçülərini görürsən. Deyəsən, Yolçuyev səni də tora salıb.
Yolçuyev necə III qrup əlildir ki, təqaüd yaşında özünün şəxsi Prado markalı 90-UK-111 dövlət qeydiyyat nişanlı avtomobilini saatda 150 ilə sürüb aradan çıxmaq istəyir.
Meydanəli Yolçuyevə verillən bu əllillik dərəcəsi araşdırılıb yoxlanılarsa onun əllilliyinin saxta olması öz təsdiqini tapacaqdır.
P.S Sahil Babayev, biz dedik, konkret ünvanı göstərdik.. Komissiya təşkil edib yoxlamaq isə sizlikdir. //gundelik-baku.com//