Axtarış...

Keçmiş başçının başı cəncəldə... - İTTİHAM


Uzun müddət Xətai rayon İcra Hakimiyyətinin başçısı, hazırda Prezident Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində baş məsləhətçi vəzifəsində işləyən Razim Məmmədov barədə ölkə mediasında nələr yazılmayıb. Bir oturuma 5 kq dana soyutması…sonra asta-asta, ahəstə-ahəstə “Səkinə dayı qızı nay nay “ oxuyub – oynamaq və daha nələr… Bəli, uzun müddət Xətainin icra başçısı olan Razim Məmmədovun adı daim sakinlərin böyük narazılıqları ilə tez-tez gündəmə gəlib. Hətta, onun adı bir çox biznes məsələlərində də hallanırdı. Onun Xətaidə icra başçısı olduğu zamanlarda ciddi korrupsiya və rüşvət hallarına yol verdiyi iddia olunurdu. Amma “boz kardinal” Ramiz Mehdiyev onu qoruya bildi və PA-na baş məsləhətçi apardı. Görək sabiq başçının hazırkı durumu necədir ? Onu tanıyanlar deyir ki, bərk gedən vaxtlarında Razim Məmmədov beretka ayaqqabı və marianna corabı geyərdi. Görünür keçmiş xatirələr Razim Məmmədova necə xoş gəlirsə, Novxanıdakı dənizə baxan obyektinin ( restoran yazmırıq çünki bu nəsə müəmmalı obyektdir ) qapısı, pəncərəsi dənizə baxan obyektinin adını MARİANNA qoyub. Amma sirr olaraq qalır ki, bu 1 mərtəbəli obyektdə ağır tonnajlı lift nəyə lazımdır. Şahidlərin dediyinə görə, bu obyektin əsas hissəsi yerin altındadır, aysberqin görünməyən hissəsi kimi. Bəziləri deyir ki, guya dənizin altına burdan yol gedir. Guya gecələr burdan qəribə səslər gəlir, kimsə “tuz məndə”, kimsə “məndə 21” deyib qışqırır. Söhbət təkcə MARİANNA-dan getmir e, Yasamalda nə qədər evləri, obyektləri var Razim Məmmədovun. Bir vaxtlar Ramiz Mehdiyevin şəninə sözlər deyən Razim Məmmədov indi də Əli İnsanovun Haqq Ədalət Partiyasını hər yerdə tərənnüm edir. Hələ Əli doxtur türmədən çıxanda Razim nə qədər muştuluq vermişdi. İndi paçka-paçka adamları partiyasına üzv yazdırır. Xətainin təzə icra başçısı da Razim Məmmədovun öz adamıdır. Yəni adı sənin dadı mənim…məsələsi. //gundelik-baku.com//
Text-to-Speech

DİNLƏ






Şərh yaz