2018 - ci ilin dekabır ayında Bakı şəhərində baş vermiş müəmmalə ölüm hadisəsi ilə bağlı başlanmış cinayət işi iki il yarımdan artıq davam etsədə cinayət işini müxtəlif formalara salmaq istəyən maraqlı şəxslər nədənsə çıxarılan məhkəmə qərarlarını sonradan elə səmtə yönəldirlər ki, yaranmış vəziyyətdə baş verənlərin mahiyyətini dəyişmək üçün növbəti bəhanəli bir əsas yaranır.
Hörmətli izləyicilər apardığımız araşdırma zamanı söhbət açdığımız cinayət işinin baş vermə səbəblərinin bəzi gizlin məqamlarının üzə çıxması üçün etdiyimiz cəhdlərimiz müəyən nəticələr verdi.
2018 - ci ilin dekabır ayında gecə saat 3 – 4 radələrində ölüm nəticələnən hadisəyə görə açılmış cinayət işinin bu günə qədər yekunlaşmaması, baş verən hadisənin müəlalı şəraitdə baş verməsini üzə çıxarır.Bildirmək istəyirik ki, 1988 - ci il təvəllüdlü Təhvili (Süleymanova a.s) Adelya Azər qızı həyat yoldaşı Təhvili Ramiz Pərviz oğulu ilə 10 - ildən artıq bir müddət ərzində ər – arvad olaraq yaşamışlar.Yaşadıqları illər ərzində aralarında hər - hansı bir narazıçılıq olmasada birdən - birə 2018 - ci ilin dekabr ayında gecə saat 3 – 4 radələrində yaşadıqları mənzilin beşinci mərtəbəsindən yıxılması,atılması və yaxutsa özünə qəst etməsi nəticəsində Təhvili Adeliyanın ölümü ilə nəticələnmişdir.
Hadisə barədə aprdığımız araşdırma zamanı həmən vaxtlar Nəsimi rayonu Rəşid Behbudov küçəsində hadisə baş verən hündür mərtəbəli yaşayış binasının gecə saatlarında avtomabillərin qorovulçuluğu ilə məşqul olan şəxsi axtarıb tapdıq həmin şəxs bizə bildirdi ki,Gecə saatlarında birdən birə durduğu binanın həyətindən tapıltı səsi eşidildi. Tapıltıdan 30 dəyqə sonar binada yaşayanlar tərəfindən polisə müraciət olunub hadisə yerinə gələn polis işçiləri binanın sakinlərinin köməkliyi ilə ölmüş şəxsin Təhvili Adeliya olması müəyyən edilib.Hadisənin üstündən təxminən bir saatdan artıq vaxt keçəndən sonar polis işçiləri Təhvili Adeliyanın yaşadığı evə qalxaraq qapını döyüb Adeliyanın həyat yoldaşı Ramizi yuxudan oyadırlar ondan Adeliyanın harada olmasını soruşanda o yoldaşının yatdığını bildirir və nə baş verdiyini soruşur sonradan otaqları gəzərək həyat yoldaşı Adeliyanın evdə olmadığını gördükdə gələn polis işçilərindən nə baş verdiyini yoldaşının harada olduğunu Ramiz israrla soruşur ona Adeliyanın balkondan yerə düşdüyünü və nəticədə öldüyünü bildirirlər.
Baş verən hadisə ilə əlaqədar evdə Ramizi dindirməyə başlayan polis işçiləri sonradan Ramizin onlarala Nəsimi rayon polis idarəsinə getməsini bildirirlər Ramizdə öz növbəsində yaşadıqları mənzilin hər - bir otağında quraşdırılmış təhlükəsizlik kameralarının vidio görüntülərini götürməyi tələb edir.Sabahsı gün polis idarəsinə gedən Ramizin qohumlarına hər şeyin yaxşı olacağını bildirirlər.
Elə hər şeydə bu yaxşı olaca sözündən başlayırHadisənin səhərsi günü Ramizin yaxın qohumu başlanan araşdırma ilə bağlı Nəsimi rayon prokrorluğunda gedən proses barədə məlumat almaq istəyərkən ona Ramizin səhətini yaxşı olmasını Ramizə İsti paltar və yemək gətirmələrini bildirir. Elə həmən günün axşamı məlul olur ki, Ramiz iki gündür ki, Respublika Nevrocərrahiyyə xəstəxanasının ranimasiyasına polisin nəzarəıəti altında olan palataya yerləşdiriblər.İki aya yaxın Ramizlə Anasını və yaxın qohumlarını görüşməyə icazə verilmir sonradan Ramizin ailə üzüvləri onunla görüşəndə dəhşətli mənzərənin şahidi olurlar.Məlum olur ki , Ramiz Nəsimi rayon polis idarəsində dindirilən zamna ağır işgəncələrə məruz qalır hətda bir neçə saat onu ölmüş hesab edirlər sonradan həkimlərin səyi nəticəsində özünə gətirilən Ramizi ölümcül vəziyyətdə polis idarəsindən çıxarıb pentensianar xəstəxanada yerləşdirmək istəsələrdə pentesianar xidmətin xəstəxanası ağır işgəncəyə məruz qalması səbəbindən Ramizin ölüm ayağında olmasından ehtiyat edərək onu xəstəxanaya qəbul etməkdən imtina edirlər sonradan carəsiz qalan polis işçiləri çarəni Ramizin ancaq Respublika Nevrocərrahiyə xəstəxanasında yatırtmaqda görürlər.Ailə üzüvlərinin bildirdiyinə görə Ramizin bu vəziyyətə düşməsi səbəbini polis işçilərindən soruşarkən o başını divara vuraraq bu vəziyətə düşdüyünü bildirirlər.Ramiz düşdüyü vəziyyətdən sonra ilk dəfə anlaqsız iflic vəziyyətində anası ilə görüşəndə ilk əvvəl həyat yoldaşı və qızının onun niyə yanına gəlmədiyini soruşur Ramiz əvvəllər anasını və yaxın qohumlaraıanı tanıya bilməsədə sonradan pentensianar xidmətin nəzarəti altında böyük çətinliklərlə ailə üzüvləri onun müalicəsini edirlər bəzi halda pentensianar xəstəxanada gətirilən dava - dərmanıda düzgün formada xəstəyə çatdırmırlar. Bir müddətdən sonra Ramizin ailəsinin səyi nəticəsində Ramizin qısa müddətli yaddaşı bərpa olunur.
Həkimlərin gəldiyi qənaitə görə Ramiz aldığı ağır kəllə beyin zərbələrindən beyninə bir neçə qan sızmaları nəticəsində ruhi xəstə vəziyyətinə düşməsi ilə yanaşı ömürlük şikəst olur.
2019 - cu ildə Açılmış cinayyət işi ilə bağlı başlanan Məhkəmə proseslərində Ramizin səhəti ilə bağlı mərhum həyat yoldaşının Anası Samirə Süleymanovanın verdiyi vəsadətlər əsasında Ramiz səhətindəki yaranmış vəziyyətin müəyyənləşdirməsi üçün dörd dəfə məhkəmə tibb ekspertizasının rəyi öyrənilmişdir.Hər dəfədə məhkəmə tibb ekspertizasının rəyi dəyişdirilmədən Ramizin vəziyyətinin beyninə qan sızması nəticəsində anlaqsız və iflic olması müəyyən edilmişdir.
2020 - ci ildə Bakı ağır cinayətlər məhkəməsində hakim Rasim Sadıqovun sədirliyi ilə keçən məhkəmə prosesində Ramizin baş vermiş hadisədə məhkəmədə dindirilərək günahkar bilinməsi və eyni zamandada Ramizin anlaqsız vəziyyətdə olmasını əsas gətirərək onun 1 - saylı ruhi əsəb xəstəxanasında müalicə alması barədə qərar çıxarılır.Bütün məhkəmə prosesi zamanı Ramiz anlaqsız vəziyyətdə məhkəmə proseslərində iştirak etmək üçün gətirilsədə hakim Rasim Sadıqov görünür kiminsə sifarişini yerinə yetirmək məqsədilə baş verənlərə əhəmiyyət verməyərək Ramizi anlaqsız vəziyyətdə dindirilməsini və Ramizi güyamış təqsirini boynuna almasını barədə qərar cıxarır.Rasim Sadıqovun çıxardığı qərardan şikayət verən Ramizin anasının şikayətinə 10 noyabır tarixində Bakı apelasiya məhkəməsində hakimi Faiq Qasımovun sədrliyi ilə keçirilən məhkəmə prosesində baxılaraq Rasim Saqıqovun verdiyi qərar dəyişdirilərək Ramizin Ağır cinayətlər məhkəməsindəki keçirilən prosesdə anlaqsız vəziyyətdə olması müəyyən edilmişdir.
Bakı Apelasiya məhkəməsinin qərarı ilə razılaşmayan mərhum Təhvili Adeliya anası Samirə Süleymanova Ali məhkəməyə verdiyi şikayyət əsasında yenidən Ramizin anlaqsız olması barədə Bakı apelasiya məhkəməsinin cıxardığı qərar ləğv olunaraq yenidən Baxılması üçün Bakı apelasiya məhkəməsinə göndərilmişdir.
Hörmətli izləyicilər apardığımız araşdırma zamanı Ramizin hal-hazırkı düşdüyü vəziyyətlə ətraflı tanış olduq o, hal hazırda altı aydan artıq olar ki 1 - saylı ruhi əsəb xəstəxanasında müalicə olunur onun xəstəliyinin sağalması isə həkimlərin yox yalnız allahı möcüzəsi nəticəsində baş verə bilər. Bəs onun bu zəlil vəziyyətə düşmüş vicudundan qisas almaq istəyənlər kimlərdir. Araşdırama zamanı Ramizin ailə üzüvlərinin bizə bildirdiyinə görə Ramizin qaynanası Samirə Süleymanovanın mərhum Gənclər və İdman naziri Azad Rəhimovun yaxın qohumu olmasını dedilər və bu illər ərzində Ramizə düşdüyü zəlil vəziyyətinin məhkəmə proseslərinin uzanmasında Samirə Süleymanova ətraflarında olan vəzifəli şəxslərin dəstəyindəndə istifadə etdiyini bildirdilər.
Hörmətli izləyicilər bir neçə gün bundan əvvəl Təhvili Ramiz baş beyin nayihəsinin yenidən müayinəsini həyata keçirmək üçün Bakı şəhərində yerləşən diaqnostika mərkəzlərdən birində müayinyə gətirilməsinin şahidi olduq və Ramizin düşdüyü vəziyyətlə bağlı apardığımız ekuskuliziv vidio çəklişidə sizlərə təqdim edirik.
İflic vəziyyətdə olan Ramizin görüntülərini Vidiodan izləMillitv - nin araşdırma mərkəzi