Axtarış...

"Lider TV"nin fəaliyyəti dayandırıldı

"Lider TV"nin fəaliyyəti dayandırıldı

Bu gündən "Lider TV"nin fəaliyyəti dayandırılıb.

Bununla bağlı qərar Milli Televiziya və Radio Şurasının (MTRŞ) mayın 24-də keçirilən iclasında elan olunub.

Qərara əsasən, şura "Lider TV və Radio-Azərbaycan" MMC-nin müflisləşməsinin məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə təsdiq olunduğunu nəzərə alıb və MMC-yə ümumrespublika televiziya və radio yayımı üçün verilmiş 19 yanvar 2018-ci il tarixli, 169 qeydiyyat nömrəli lisenziyanın qüvvəsinə xitam verib.

Beləliklə, qərarla "Lider TV və Radio-Azərbaycan" MMC-nin televiziya və radio yayımının 1 iyun 2021-ci il tarixdə saat 00:00-dan etibarən dayandırılıb.
Text-to-Speech

DİNLƏ






Şərh yaz