Axtarış...

10 noyabr razılaşması sabotaj edilir! - “Rusiya və Ermənistan tandemi...”

10 noyabr razılaşması sabotaj edilir! - “Rusiya və Ermənistan tandemi...”

“Ermənistanda seçkilər yaxınlaşdıqca dövlət sərhədində silahlı təxribatlar davam etdirilir. Kəlbəcərdə Ermənistanın diversiya qrupunun mina basdırılmasını həyata keçirməsi müharibənin İrəvan tərəfindən bitmədiyini göstərir”.
Bu sözləri MCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.
Politoloq “Sherg.az”a açıqlamasında bildirdi ki, baş verənlər birbaşa Moskva ilə bağlıdır:

“Erməni siyasi dairələrində, hərbi elitada hazırda baş nazir vəzifəsini icra edən Nikol Paşinyana qarşı yeni ssenarilər hazırlanır. Bundan əlavə, həmin təxribatların arxasında məhz Paşinyan hakimiyyəti dayanır. Çünki orduya nəzarət edə bilmir. Rusiya isə Ermənistan ordusunda oxşar ssenarilərin yaradılmasına rəvac verir ki, iki ölkə arasında münasibətlər qurulmasın. Göründüyü kimi, 10 noyabr və 11 yanvar razılaşmaları konkret olaraq Rusiya və Ermənistan tandemi tərəfindən sabotaj edilir. Seçkilərdə Paşinyan hakimiyətə qayıda bilməyəcəksə, Ermənistanla müharibəyə hazır olmalıyıq. Rusiya çalışacaq ki, Azərbaycana təzyiq etmək və öz orbitinə çəkmək üçün belə bir lokal müharibə olsun. Hər həftə Rusiya müdafiə naziri Sergey Şoyqu Ermənistan müdafiə naziri Vaqarşak Arutunyanla telefonla danışır. Bu, onu göstərir ki, Rusiya Ermənistan ordusunun qurulmasında maraqlıdır və düşməni taktiki əməliyyatlar üçün hazırlayır. Azərbaycan tərəfinə mina basdırılmasına cəhd planlı bir şəkildə məhz ən yüksək səviyyədə təşkil olunduğu şübhə doğurmur”.

M.Əsədullazadənin fikrincə, təxribatlar davam edə bilər:

“Birincisi, Rusiya bununla göstərmək istəyir ki, Azərbaycan ərazilərini işğaldan azad etsə də, müharibə başa çatmayıb. İkincisi, Ermənistan ordusunun yenidən komplektləsdirməklə bu kimi təxribatlarla təzyiq etmək gücündədir. Üçüncüsü, Minsk Qrupu həmsədrləri çərçivəsində danışıqların bərpasına çalışır. Dördüncüsü, Azərbaycanı KTMT-yə üzv etmək diversiya hallarını artıracaq. Ermənistan tərəfindən bu kimi təxribatların davam etməsi gözlənilir. Müharibədə darmadağın olan erməni ordusunun yenidən hazırlanması bu kimi diversiya halları ilə özünü biruzə verir”.
Ekspertin sözlərinə görə, rəsmi Bakı hər şeyə hazır olmalıdır: “Ermənistanla sülh müqaviləsi mümkün deyil. Paşinyan hakimiyətdə qalacaqsa, Moskva əldə edilən razılaşmaların reallaşmasına imkan verməyə bilər. Çünki regionda Türkiyənin rolu artır və bu prosesdə Paris, Moskva və Tehran narahatdır. Hazırda üç ölkə Ermənistanla sərhəddə pozuculuq fəaliyyətində maraqlıdırlar. Ermənistan satallet ölkədir. Bu ölkənin idarəetməsi öz hakimiyyətindən asılı deyil. Ona görə də Azərbaycan Ermənistanla münasibətlərin qurulmasına hazırlaşmasın. Müharibəyə və sərhədlərinin təhlükəsizliyinə hazırlaşsın”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz