Vəkillər Kollegiyasının sədri Anar Bağırov belə vəkillər barədə nə düşünür ?
Sivil dünyada məhkəmə-hüquq sistemini vəkillik institutu olmadan təsəvvür etmək mümkün deyil.
Ancaq etiraf etməliyik ki, uzun müddət birgə yaşadığımız sovet məkanında vəkillik formal səciyyə daşıyıb. Ona görə də, müstəqillik əldə etmiş sovet respublikalarında vəkillik qurumu indi-indi tədricən real məzmun kəsb edir.
Azərbaycan Respublikası Vəkillər Kollegiyası da son illərdə ölkədə aparılan məhkəmə-hüquq sistemindəki islahatların nəticəsi olaraq cəmiyyətdə ciddi qəbul olunur.
Vəkillər Kollegiyasına hörmətli Anar Bağırovun sədrlik etməsi qurumu hüququ pozulan insanların ümid yerinə çevirib. Və vəkillik institutunun son illərdə təkmilləşdirilməsində Anar Bağırovun xidmətləri danılmazdır.
Ancaq köhnə metodlardan əl çəkə bilməyən, özünün merkantil maraqlarını vəkil adından yuxarı tutan bəzi vəkillər bu qurumun adına yumşaq desək kölgə salırlar.
Belə vəkillərdən biri də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nurlana Quliyevadır.
Nurlana Quliyeva vəkillik fəaliyyətindən əlavə həm də 2020-ci ildə 15 saylı Yasamal birinci seçki dairəsindən deputatlığa namizəd olub.
Vəkilin əsas missiyası ƏDALƏT-in tərəfində durmaq, ƏDALƏT-lə dost olmaq, HAQQ-la, HÜQUQ-la birgə olmaqdır.
Vəkil Nurlana Quliyeva isə nəinki məhkəmə prosesində, hətta istintaq zamanı özünü çox aqressiv aparır, qarşı tərəfi şantaj etməkdən, qarşı tərəfə hədə-qorxu gəlməkdən,özünün müdafiə etdiyi tərəfin əvəzindən suallara belə cavab verməkdən çəkinmir.Hətta Nurlana xanım yüksək qonorar müqabilində müdafiə etdiyi dələduzların törətdikləri cinayətləri görməzdən gəlib və qadınlığından istifadə edərək, vəkillik qaydalarını pozaraq qarşı tərəfi üzləşdirmə zamanı hər hansı bir cinayəti törətməyə vadar edir.Bu vəkil sanki özünü müstəntiq,prokuror və hakim kimi aparır.Hətta hansı zalda olmasından asılı olmayaraq burda qanun mənəm deyir.Azərbaycan Respublikasının Konsitutsiyasına qarşı çıxan hər bir şəxsin cəzasını hüquq normalarını mükəmməl bilənlər bilir,xanım Quliyeva!
Sizin özünüzü bu cür aparmağınız nə vəkillər kollegiyasının nizamnaməsində yazılıb,nə Ədliyyə Nazirliyində, nə də Konsitutsiyamızda
Biz sizin hərəkətlərinizdən yazılı şəkildə vəkillər kollegiyasına və ədliyyə nazirliyinə qəzetimiz vasitəsi ilə müraciət edirik.Sizin fəaliyyətinizin yoxlanması bir çox məqamların üstünü açacaq.
Bu xanım vəkil yönləndirici suallarla qarşı tərəfi müdafiəsiz vəziyyətə salmağı özünə vəkillik hesab edir. Hansı ki bütün bunlar məhkəmə-hüquq sistemində yolverilməzdir.
Bütün bunlar azmış kimi vəkil Nurlana Quliyeva istintaq zamanı özünü sanki sosial şəbəkələrdəki kimi hiss edir, qarşı tərəfə, hətta hakimə,müstəntiqə qarşı sayğısızlıq göstərir.
Görəsən bu xanım vəkilin arxasında Ədliyyə Nazirliyindən kim durur ki, bu qədər özünə arxayındır.
...Əlbəttə, kimisə sosial şəbəkələrdə özünü reklam etməyə görə, cinayət nəzərdə tutulmur. Ancaq hər kəs peşəsinə hörmətlə yanaşmalı və hərəkətləri peşəsinə uyğun olmalıdır. Yəni vəkilin yerli-yersiz hərəkət etməsi, özünü az qala lokomativ kimi aparması ən azı peşə etikasına uyğun deyil.
Biz hətta deputatlığa namizəd olan zaman Nurlana Quliyevanın modellər kimi seçicilərlə görüşə gəlməsini yada salmaq istəmirik.
Axı, vəkillik ciddi peşədir. Bu sosial şəbəkələrdə gözəllik müsabiqəsinin yarışlarını paylaşmaq deyil.
Ona görə də öz fəaliyyətinizlə ciddi peşə olan vəkillik peşəsini cəmiyyətin gözündən salmayın, xanım Nurlana Quliyeva.
Siz kimlərinsə yox, ƏDALƏT-in dostu olun.
Ümid edirik ki, yazdıqlarımız Vəkillər Kollegiyasına sədri hörmətli Anar Bağırov tərəfindən xoş məram kimi qəbul ediləcək və ciddi tədbirlər görüləcək.
Gundelik-baku.com