Xəbərə hadisə yerindən fotolar əlavə olunub.
***
Saat 10:00
Tovuzda güllələnən Firudin Ələkbərli Vəkillər Kollegiyasının üzvü olmayıb.
Bu barədə APA-ya Kollegiyadan bildirib.
APA-nın əldə etdiyi məlumata görə, Firudin Ələkbərli 90-cı illərdə Tovuz rayon xalq məhkəməsinin sədri vəzifəsində çalışıb. O, 1995-ci ildə nöqsanlara görə tutduğu vəzifədən azad edilib.
***
Saat 09:50
Tovuzda vəkili güllələyən şəxs tutulub.
APA-nın məlumatına görə, polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində vəkillik fəaliyyəti ilə məşğul olan Firudin Ələkbərlini güllələməkdə şübhəli bilinən rayonun Yanıxlı kənd sakini, 1959-cu il təvəllüdlü Şəmiyev Əli Məhərrəm oğlu saxlanılıb.
F.Ələkbərli aldığı xəsarətdən xəstəxanada ölüb.
İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində törədilib.
Faktla bağlı cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, hadisəni törədən Ə.Şəmiyev rayonda “Göl Əli” ləqəbi ilə tanınır.
***
Saat 09:26
Tovuzda güllələnmə hadisəsi baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, rayonda vəkillik fəaliyyəti ilə məşğul olan Firudin Ələkbərli güllə yarası ilə rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Fakt araşdırılır.