Axtarış...

Vəkillər Kollegiyasının Rəyasət Heyəti Adil İsmayıovla bağlı qərarı LƏĞV ETDİ



“Bu gün Vəkillər Kollegiyasının Rəyasət Heyəti 1 il müddətinə vəkillik fəaliyyətimin dayandırılması barədə özünün 9 sentyabr 2019-cu il tarixli qərarını ləgv etdi”.

Modern.az-ın məlumatına görə, bunu tanınmış vəkil Adil İsmayıov bildirib.

“Bundan sonraki fəaliyyətimi əsasən vəkilliyin inkişafına, vəkilin cəmiyyətdə layiq olduğu yeri tutmasına, vəkil kimi mənə ehtiyacı olanların hüquqlarının qorunmasına yönəldəcəm. Daha qlobal planlarım da var, vaxtı çatanda paylaşacam”,-deyə Adil İsmayılov vurğulayıb.

A.İsmayılov bu işdə ona dəstək göstərənlərə də təşəkkür edib.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz