Neftçaladakı 50 saylı Yol İstismar idarəsinin rəisi Füzuli Babayevin bir neçə il əvvəl Sədərək Ticarət Mərkəzində nə satdığını desək, gərək bütün oxuculardan üzr istəyək.
Ona görə də konkret yol məsələsinə keçək.
Deməli, Füzuli Babayevi Sədərəkdən kim gətirib qoydu yol idarəsinə müdir ?
Niyə gətirdi, nə aldı gətirdi? Düzü, bu barədə bizim də GENİŞ məlumatımız var.
Amma Sədərəkdən Yola müdir gələn Füzuli Babayev köhnə yolları təzələmək adı ilə pulları mənimsədi. Hətta neftçalalılar deyir ki, Füzuli müəllim çəkilməyən yolların da pullarını mənimsəyib.
Hazırda rayonun həm mərkəzi küçələri, həm ara yollarının asfaltı sakinlərin yadından çıxıb. Onlar sonuncu dəfə asfaltı sovet dövründə görüblər.
İdarənin balansında olan karyerin qumunu, qrabilini idarənin avtomobilləri və şəxsi yük maşınları ilə imkanlı şəxslərə satır.
Məsələn ara küçələrdə bir qarış asfalt olmadığı halda imkanlı şəxslərin dükanlarının qarşısını, evlərinin qabağını asfalt edərək Füzuli Babayev pul qazanır.
Bunun nəticəsidir ki, Füzuli Babayev nazir kimi yaşayır: biznes, mal-mülk, bahalı maşınlar, hər gün restoranlarda ziyafət, kef-damaq...
Neftçala rayonunda bir qarış normal asfalt olmadığı halda, yol idarəsi müdiri və oğlu Ruslan Babayev milyonçu kimi yaşayır.
Bəs görəsən, Yol Agentliyi niyə bu adamdan hesabat tələb etmir?
Bu adam deyir ki, yuxarıda hamının haqqını verirəm.
Təsəvvür edirsiniz, Füzuli Babayev özünə və oğlu Ruslan Babayevə hər ay bir təzə maşın alır.
Bu adamın Bakıda 5 yerdə bahalı mənzili var.
Görəsən dövlətdən 500-600 manat maaş alan bu adam bu boyda sərvəti necə əldə edib ?
Bu artıq bizim deyil, hüquq-mühafizə orqanlarının işidir.
Buyurun, cənablar ! //gundelik-baku.com//