Elmar Vəliyev sahibi olduğu iddia edilən otelin inşaası bir müddətdir yarımçıq qalıb.
Gəncənin Hacıkənd qəsəbəsində inşa olunan "Arfa” otelinin tikintisi bir müddətdir ki, yarımçıq qalıb.
Yeddi mərtəbədən ibarət olan olan otel kompkleksi Hacıkənd qəsəbəsinin mərkəzi hissəsində tikilib.
Elmar Vəliyevin Hacıkənddə baxımsız qalan otelindən görüntülər
Beş ulduzlu otellərin tələblərinə uyğun aparılan tikili təxminən iki ildir ki, aparılırdı. Artıq həmin tikinti dayandırılıb.
Baxmayaraq oteldə son tamamamlanma işləri həyata keçirilirdi.
Otel kompleksi Gəncə şəhərinin 19 kilometrliyində yerləşir.
Məqsəd yay aylarında Göygöl-Hacıkənd bölgəsinə yerli və xarici qonaqların, eləcədə yerli turistlərin sıxlığı nəzərə alınaraq onlara yüksək xidmət göstərmək olub.
Yeni otel binasının Gəncə şəhərinin sabiq icra başçısı Elmar Vəliyevə məxsus olduğu iddia olunur.