Axtarış...

Axı, sən kimsən, yoldaş İbrahim Mustafayev ?- Gədəbəyin icra başçısı şəhid ailəsinə 1 sot torpaq vermir...

Axı, sən kimsən, yoldaş İbrahim Mustafayev ?- Gədəbəyin icra başçısı şəhid ailəsinə 1 sot torpaq vermir...


Sən isti kabinetdə məst olanda, o uşaqların atası Kəlbəcərdə vuruşub, şəhid olub, yoldaş Mustafayev

Sözün düzü, bəzi yüksək vəzifəli məmurların rəsmi tərcümeyi-halına baxanda həmişə yadıma 40 il əvvəl baxdığım “Qatarda” televiziya tamaşası düşür. Tamaşada məşhur sual var e:
Axı, sən kimsən, yoldaş Dadaşov ?
Gədəbəyin icra başçısı İbrahim Ənvər oğlu Mustafayevin barəsində icra hakimiyyətinin rəsmi saytında bircə cümlə var:
Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2018-ci il tarixli Sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Məcbur olub Wikipediya-da axtardım. Yenə bircə cümlə:
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının (PA) MƏSUL İŞÇİSİ vəzifəsində çalışıb.
Vəssəlam.
Adam, birincisi, PA-da məsul işçi deyilən vəzifə yoxdur. Şöbə müdiri var, müavin var, bölmə müdiri var, baş məsləhətçi, nə bilim nə məsləhətçi var, hətta süpügəçi də var.
Sən bunların hansındansan, adam ?
Necə yəni MƏSUL İŞÇİ ?
Adam, sən neçənci ildə doğulmusan ?
Ümumiyyətlə, dünyaya nə zaman gəlmisən, məktəbə getmisənmi, bəlkə kənddə molla yanına getmisən, institut-zad oxumusanmı ?
Bəlkə, PTU-şniksən ? Başa düşməzsən. PTU - ProfTexUçiliş. Bəlkə peşə məktəbində oxumusan ?
Adam, sən orduda-zadda olmusanmı ?
Vətəndaş haradan bilsin ki, sən həbsxanada olmamısan ?
Sən özünlə bağlı məlumatları niyə gizlədirsən, ay yoldaş Dadaşov, bağışla, ay İbrahim Mustafayev ?
Adam, sənin icra başçısı işlədiyin hələ 3 il deyil. Amma haqqında nələr yazılmır.
İcra hakimiyyətinin binasını 1 milyon 300 min manata təmir etdirmisən. Adam, 1,3 milyona şəhərçik tikmək olar, sən adi təmirə milyon xərcləmisən.
Adam, yazırlar ki, rayona gələn kimi icra nümayəndələrini, idarə müdirlərini yığıb “haqq-hesab” tələb etmisən. Haqq-hesabı verməyən neçə vəzifəli şəxsi infarkt etmisən.
Daha nələr yazmırlar barəndə, adam.
Deyəcəksən, ortaya fakt qoyun. Adam, fakt çoxdan içəridədir ee…hamısı çəkilib. Bircə, “oformit” qalıb. Çoxdandır yuxuna girən QARAMASKALILAR gələcək..
Adam, fakt istəyirsən, qoyaq ortaya. Buyur.
Vətən müharibəsində şəhid olan qəhrəman hərbçilərimizdən biri gədəbəyli Baş çavuş Həsənov Tofiq Etibar oğlunun həyat yoldaşı Ülviyyə xanım səninlə bağlı nələr yazmır. 14 il ordumuzda xidmət etmiş, Xüsusu Təyinatlı Bölüyün Baş çavuşu Tofiq Həsənov “Qüsursuz xidmətə görə” medalı ilə təltif edilib. Şəhid olandan sonra isə ölkə başçısı tərəfindən “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.
Şəhidin özündən sonra 6 yaşlı qızı və 4 yaşlı oğlu qalıb.
Şəhidin ailəsi, həyat yoldaşı Gədəbəy icra hakimiyyətində dəfələrlə olub, icra başçısı və müavinləri ilə görüşüb.
İstədikləri, umduqları nədir: 1-2 sot torpaq.
Daha adam deməyə də adamın dili gəlmir.
Ey yoldaş, İbrahim Mustafayev !
Sən kabinetdə məsti-xumar olanda, nə isə yığanda bu uşaqların atası qış günü Kəlbəcərdə şəhid olub. Başa düşürsən ?
Sənin kimin şəhid olub? Bəlkə özün, bəlkə oğlun ?
Sən kimsən şəhidin uşağına torpaq vermirsən ?
O torpağın uğrunda o oğulun, o qızın atası vuruşub. Sənin kimi məmurlar yox.
Sən isə onlara 1 qarış torpaq vermirsən.
İndi özün de, sən kimsən,nəçisən, İbrahim Mustafayev ?

Gundelik-baki.com
Text-to-Speech

DİNLƏ






Şərh yaz