Axtarış...

Abutalıbovun kadrının başı böyük dərddə... - İDDİA

Abutalıbovun kadrının başı böyük dərddə... - İDDİA

Məlumdur ki, Eldar Əzizov meriyaya gələndən sonra Bakı Şəhər İcra Hakimiyyətində Hacıbala Abutalıbov dövründə baş vermiş qanunsuzluqlar xüsusi komissiya tərəfindən araşdırılıb və adı korrupsiyada hallanan xeyli kadr işdən çıxarılıb. Bunlardan biri də Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədr müavini olmuş Vidadi Əliyevdir.

Gundelik-baku.com-a daxil olan məlumatda vurğulanır ki, V.Əliyev sabiq paytaxt merinin ən yaxın adamlarından biri olub. Mənbəmiz bildirir ki, o qədər də böyük vəzifəsi olmayan Vidadi Əliyev sabiq merin köməkliyi ilə bir çox “yağlı” idarələrə öz yaxın ətrafını yerləşdirə bilibmiş. Belə idarələrdən biri Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsidir (ona “Parkomat idarəsi” də deyirdilər). Bu idarənin müdiri Vidadi Əliyevin oğlu Coşqun Əliyev imiş. Bundan əvvəl isə həmin idarənin rəisi V.Əliyevin “sağ əli” sayılan Təyyar Abdullayev adlı şəxs olub. Vidadi Əliyevin oğlu həmin idarəyə rəis təyin olunandan sonra isə Təyyar Abdullayev Bakı şəhər İH-nin İşıqlandırma İdarəsinin rəisi vəzifəsinə keçirilibmiş. Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin “Kommunal Xidmətlər Müəssisəsi” MMC-nin rəhbəri İlqar Hüseynov isə Vidadi Əliyevin doğma xalası oğluymuş.
Rəsmi əməkhaqqı min manatdan yuxarı olmayan Vidadi Əliyev bu gün paytaxtda və müxtəlif rayonlarda yerləşən onlarla bahalı obyekt və daşınmaz əmlaklara sahibdir. Onun varidatının ümumi dəyəri təxmini bazar qiymətləri ilə hesablansa on milyonlarla dollar məbləğində dəyərləndirilir. Gundelik-baku.com-a danışan mənbəmiz bildirir ki, daşınmaz əmlakdan əlavə, Vidadi Əliyevin ortaq biznes şəbəkəsinə yanacaqdoldurma məntəqələri də daxildir (məlumata görə, “Sədərək” Ticarət Mərkəzinə gedən yolun üstündəki “Lukoil” yanacaqdoldurma məntəqəsi də ona məxsusdur). Bundan başqa “qəhrəman”ımızın Bərdə şəhərində və İsmayıllı rayonunda onlarla obyekti, yanacaqdoldurma məntəqələri və mal-qara təsərrüfatları, torpaq sahələri mövcuddur. Həmçinin, Vidadi Əliyevin biznes şəbəkəsinin ən gəlirli sahələrindən biri də Bakının Zirə kəndindəki nəhəng istixanadır. V.Əliyev istixana biznesindən yaxşı gəlir əldə etdiyi üçün bu sahəni daha da genişləndirmək “eşq”inə düşüb. Bunun üçün də Bərdə rayonunda aldığı hektarlarla torpaq sahəsində daha böyük və qiyməti milyonlarla manat dəyərində olan, xarici avadanlıqla təchiz olunmuş müasir tipli istixanalar inşa etdirib. Son olaraq bir faktı da xatırladaq ki, bu qədər var-dövlətin və vəzifələrin sahibi olanVidadi Qəşəm oğlu Əliyev 2003-cü ildə qəsdən adam öldürməyə görə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilibmiş və bunu onu vəzifəyə təyin edənlər də bilirmiş. Ümidvarıq ki, bu yazımızdan sonra əlaqədar orqanlar lazımi ölçü götürəcək və yeni təyin olunacaq Baş Prokurorumuz Vidadi Əliyevin taladığı milyonları dövlət büdcəsinə qaytaracaqdır.

Gundelik-baku.com
Text-to-Speech

DİNLƏ






Şərh yaz