Axtarış...

Yasamalın icra başçısı Elşad Həsənova...- Və ya birşindən təmənnan varsa, barı birindən olmasın

Yasamalın icra başçısı Elşad Həsənova...- Və ya birşindən təmənnan varsa, barı birindən olmasın
Bakı şəhəri Yasamal rayon icra başçısını, Elşad Həsənovu bir şəhidin dəfnində görmüşdüm şəxsən. Şəhidin hönkürlə ağlayan balaca balasının qarşısında dizini yerə qoyub uşağı bərk qucaqladı. Çox yaxın məsafədə idim, gözünün dolduğunu da gördüm. Uşaqla onun arasında bayraq da iki sinəyə sıxılı qalmışdı. Hər ikisi bayrağı qucaqlamışdı elə bil. Başçı səmimi idi, oynamırdı, hətta duranda dizindəki tozu çırpmağı yadına salan köməkçiyə lazım deyil işarəsi verdi əli ilə göz yaşı üzünə süzülməsin deyə gözünü quruladı. Düzü nədənsə o gündən o başçıya yaxşı məmur, işıqlı biri kimi sayğım da yarandı o andan.
On gündən çoxdur onun adından bir qaziyə edilən sayğısızlığa diqqət edəndə isə düşünürəm, görəsən onun bu olaydan xəbəri varmə və ya adam bu qədərmi yaxşı oyunçu imiş ki, bir peşəkar izləyici gözünü belə yanılda bilib davranışı ilə.
Konuya gələk oğluma dərs deyən bir qazi anası olan meəllimə Yasamal icra hakimiyyətində niyə incitsinlər axı? Ailənin tək oğulu Qarabağ müharibəsi qazisidir. Və üç ildir nişanlıdır. Indi ailəsini karantin qaydalarına uyğun qurmaq, işinə dönmək istəyir. Düz on gündür o ailə ilə birgə Yasamal icra hakimiyyətinin yollarındayıq. Rəsmi və qeyri-rəsmi yolla, başçının dostlarına brlə yalvarmaqdayıq. Niyə? Ailə Yasamal məhəllələrindəki evlərədn birində yaşayır. Indi öz hesabına balasına bircə yataq otağı düzəltmək istəyir öz məhləsində, evinin üstündə. Ətrafda onlarla artırma balkonlarla, evlər, əlavə tikililərlər doluykən, niyəsə başçı və memar adından icazə vermirlər ailə otağı qursun. Cənablar, sizdən kimsə nəsə ummur, dilənmir, tələb eləmir. Nə ev, nə maşın, nə pul, nə torpaq sahəsi, nə əlillik dərəcəsi, nə iş, nə maaş. Adam öz halal qazancı ilə evini səliqəyə salıb, bir otaq artırıb, ailə qurmaq istəyir. Siz qazidən dövlətə niyə sosial problem düzəldirsiniz. Nə deyirsiniz? Abrına qısılanlardsmı qaraçı olmalı? Niyə insanlıqdan, çiilədən çıxarırsınız adamları? Əvvəl rəsmi məktubu qəbul eləmədilər, yalvardıq başçıya yaxın buraxmadılar, sonra köməkçi Habil müəllimə şəxsən məktub təqdim etdik. Bayram günləri soruşduq, memar Bakıda deyil, iş günü gözləyək dedi. Iş günü də deyirlər ki, on-on beş günə cavab verərik. Cavab mənfimi, müsbətmi bəlli deyil. Qardaş, bu ailələr yazıqdır. Bu müəllim ailəsidir, müəllim. Müəllim bu ölkəyə vətəndaş yetişdirən adamdır. Nə deyirsiniz, necə yetişdirilsin uşaqlarımız məktəblərdə? Onlara ədaləti , vicdani necə öyrətsin özü vcdansızlıq bə ədalətsizlik görən müəllim?
Ailə müəllim və qazi ailəsidir, adının çəkilməsindən abır edir. Gəlin bir az da siz onlara münasibətdə abır edin. Qanun hamı üçün keçərli olmalı. Birinə yox deyib birşinə təntənəlı hə femək olmaz. Və ya birşindən təmənnan varsa, barı birindən olmasın.
Jalə Mütəllimova.
16.05.2021.
Teref.az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz