Axtarış...

Eldar Həsənovla bağlı həbs qərarı qüvvədə qalıb


MilliTV.az

Nəsimi Rayon Məhkəməsində Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənov barəsində seçilən həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı müdafiəçinin vəsatətinə baxılıb.

E. Həsənovun vəkili Adil ismayılovun APA-ya verdiyi məlumata görə, hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, vəsatət təmin edilməyib.

Qeyd edək ki, Eldar Həsənova qarşı Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) 308-1.1-ci (büdcə vəsaitlərinin təyinatı üzrə xərclənməməsi) maddələri ilə ittiham irəli sürülüb. Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində noyabrın 3-dək həbs qətimkan tədbiri seçilib.
Text-to-Speech

DİNLƏ






Şərh yaz