Axtarış...

Rasim Məmmədovun vəkilindən AÇIQLAMA

Rasim Məmmədovun vəkilindən AÇIQLAMA

“Baku Steel Company” şirkətinin Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan rəhbəri Rasim Məmmədovun vəkili Elçin Sadıqov ilkin açıqlama yayıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, E.Sadıqov bildirib ki, Rasim Məmmədov Ramiz Mehdiyevin kürəkəninin və oğlunun yalandan ibarət şikayəti əsasında tutulub.

“Report”un xəbərinə görə isə, Rasim Məmmədov barəsində Cinayət Məcəlləsinin 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 178.4-cü (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 179.4-cü (Mənimsəmə, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyev və kürəkəni İlham Əliyev hüquq-mühafizə orqanlarına şikayət edərək bildirib ki, Rasim Məmmədov onlardan birinin 4 milyon dollar, digərinin 3,5 milyon dollar pulunu mənimsəyib.

Rasim Məmmədovun digər vəkili Bəxtiyar Hacıyevdir.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz