Axtarış...

Zaqatalada Şəhid Ailəsini İNCİDƏN KİMDİR? - Mehriban Əliyevaya müraciət olundu

Zaqatalada Şəhid Ailəsini İNCİDƏN KİMDİR? - Mehriban Əliyevaya müraciət olundu


Xəbər veridiyimiz kimi, son dövrlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bir sıra şəxslərin pensiyalarını kəsməyə başlayıb. JAMAZ.İNFO xəbər verir ki, sözügedən qurumun rəhbəri Sahil Babayev də ötən günlərdə verdiyi açıqlamalarında bildirib ki, indiyə qədər pensiyaçıların 30 faizə qədərinin pensiya almaq hüququ ləğv olunub.

Qeyd edək ki, bu hadisə ciddi narazlıq doğrumaqla yanaşı, haqsızlıqlarla da müşayət olunub. Belə ki, ƏƏSMN çoxlu sayda şəxsin pensiya hüququnu ləğv etməklə yanaşı, həkimlərin və ekspertlərin verdiyi rəylərə də məhəl qoymadan, həqiqətən də əlil olan şəxslərin də haqqına girib. JAMAZ.İNFO xəbər verir ki, onlardan biri də Zaqatala rayonu, Qımır kənd sakini Əsbət Soltan qızı Məmmədovadır.

Birinci Vitse-Prezident Mehriban Əliyevaya müraciət edən Şəhidin həyat yoldaşı ondan kömək istəyib. Belə ki, Əsbət Məmmədova müraciətində qeyd edib ki, o, 2016-cı ildə II qrup əlillik dərəcəsi alıb. Və əlilliyinin səbəbi isə bir sıra xəstəliklərdən əziyyət çəkməsidir. “Mən hazırda nevroz, sümüklərin yeyilməsi və ağır formalı revmatizma xəstəliklərindən əziyyət çəkirəm. 2016-cı ildə TSEK-dən komissiyadan keçərkən, həkimlərin rəyini əsas götürərək, mənə II qrup əlillik dərəcəsi verilib. Bu dərəcəyə görə aldığım pensiya mənim müalicə xərclərimi qarşılamasa belə, ən azından bir qisim dərmanların alınmasına yardımçı olur. Hazırda həkimlərim məni gəzməyimi qadağan ediblər. Onlar yataq şəraitində müalicə almağımı təkid edirlər”.

Şəhid xanımı qeyd edir ki, ƏƏSMN-in yerli nümayəndələri bu yaxınlarda ona xbərdarlıq ediblər ki, iki aydan sonra pensiyası kəsiləcək. “Mənə dedilər ki, yuxarıdan göstəriş var və sənin həm əlillik dərəcən ləğv olunacaq, həm də pensiya hüququmdan məhrum ediləcəm. Bu göstərişin konkret olaraq kimlər tərəfindən və nəyə əsaslanaraq verildiyindən xəbərsizəm. Bildiyim odur ki, bu mənə qarşı haqsızlıqdır və qanunsuzluqdur. Çünki eyni haqsızlıq və qanunsuzluğu başqalarına qarşı da ediblər”.

Əsbət Məmmədova bildirib ki, hazırda o, müalicə altındadır və yaxın zamanlarda əməliyyat olunmalıdır. “Hörmətli Mehriban Xanım! Sizdən xahiş edirəm ki, mənim məsələmi nəzarətinizə götürəsiniz, həm əlillik dərəcəmdən, həm də pensiya hüququmdan qanunsuz olaraq məhrum edilməyimin qarşısını alasınız. Ümid edirəm ki, Siz bir Şəhid xanımının xahişini yerə salmayacaq və bu işdə mənə yardımçı olacaqsınız”.

JAMAZ.İNFO bildirir ki, Əsbət Məmmədova Birinci Qarabağ savaşında Fərrux dağı uğrunda gedən döyüşlərdə Şəhid olmuş İsgəndər Məmmədovun həyat yoldaşıdır. Şəhid İsgəndər Məmmədovdan əkiz qızları yadigar qalıblar. Onlar atalarının Şəhid olmasından 6 ay sonra dünyaya göz açıblar.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz