Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 19-da Bakının Suraxanı rayonunda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) yenidən qurulan 220/110/10 kilovoltluq “Hövsan” yarımstansiyasının açılışında iştirak edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı, həmçinin məsafədən idarə olunan SCADA Dispetçer sistemi vasitəsilə 110/35/6 kilovoltluq “Maştağa” yarımstansiyasının yenidənqurmadan sonra açılışını edib.