Axtarış...

İlqar Cabbarov 2 ildir Prezidentə, Konstitusiyaya və qanunlara sayğısızlıq göstərir - İTTİHAM

İlqar Cabbarov 2 ildir Prezidentə, Konstitusiyaya və qanunlara sayğısızlıq göstərir - İTTİHAM


"“Məhkəmə -hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 03 aprel 2019-cu il tarixli fərmanı ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirmək məqsədilə məhkəməyə müraciət imkanlarının daha da genişləndirilməsi , məhkəmələrin fəaliyyətində şəffaflığın artırılması , məhkəmə icraatının effektivliyinin yüksəldilməsi , məhkəmə qərarlarının tam və vaxtında icra edilməsinin təmin olunması , süründürməçiliyin və digər neqativ halların aradan qaldırılması üçün tədbirlər görülməsini gücləndirmək amacı güdür. Fərmanın 5-ci bəndi ilə Məhkəmə Hüquq Şurasına işlərin təsadüfi və avtomatik şəkildə elektron qaydada bölüşdürülməsi , qeyri-prosessual münasibətlərin yolverilməzliyinin təmin edilməsi tapşırılıb. İki il keçsə də, məhkəmə hüquq sistemində süründürməçiliyin , vəkillərlə hakimlər arasında qeyri-prosessual münasibətlərin daha da “dərinləşməsi” baş verib. “İslahatların dərinləşməsi” o həddə çatıb ki, hakimlər, məhkəmə instansiyaları bir-birinə qeyri-prosessual münasibətlə bağlanıb. Özəlliklə , apellyyasiya instansiyaları aşağı instansiyalarla qeyri-prosessual münasibətə girməkdə “təkmilləşiblər”". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalədə dahs sonra bildirilir: "Düzdür, əvvəllər də, hətta hakimə etiraz hüququn pozulması ilə nəticələnirdi, amma bu qeyri-prosessual pozuntu “hakim həmkarlığı”ndan qaynaqlanırdı . İndi isə birinci instansiya məhkəməsi qeyri-prosessual münasibət sonucu qəbul etdiyi qanunsuz qərarını qüvvədə saxlamaq üçün apellyasiya instansiyası ilə qeyri-prosessual münasibətə girir. Buna deyərlər, ikiqat qeyri-prosessual münasibət. Vay o günə ki, Şəkidəki kimi, birinci instansiya ilə apellyasiya instansiyası eyni binada yerləşsin. İndi isə təsəvvür edin ki , eyni binada yerləşən apellyasiya instansiyasından aşağı instansiyaya -Şəki İnzibati-iqtisadi Məhkəməsinə iş 4 aydan sonra “çatıb”! Və Məhkəmə Hüquq Şurası da bu “prosessual hüquq”u qanuni sayıb ! (?)Bu günlərdə Şəki İnzibati Məhkəməsi (hakim İlqar Cabbarov) daha bir qeyri-prosessual münasibətə “imza atıb “.

Kənd təsərrüfatı sahibkarlığı, arıçılıqla , qoyunçuluqla , mal-qara saxlamaqla məşğul olan Ağsu rayonu, Pirhəsənli kənd sakini Firuz Maarif oğlu 15 il qabaq başqa şəxsin Yenilik bələdiyyəsindən icarəyə götürdüyü torpaq sahəsini haqqını ödəməklə bələdiyyənin, Ağsu RİH -in torpaq şöbəsinin razılığı ilə icarəsinə götürüb və həmin sahədə yaşayış evi, qeyri-yaşayış binaları (fermalar, mal-qoyun tövbələri və s.) tikib, sosial infrastruktur ilə təchiz edib. Biri Daun sindromlu sağlamlıq imkanları məhdud olan üç körpə uşaqlı ailə başçısı dövlətdən heç bir sosial yardım istəmədən kəndli-fermer təsərrüfatından ailəsinin mövcudluğunun iqtisadi əsası kimi istifadə edir. Azərbaycan Respublikası Konstitusiyasının 59 -cu (“Azad sahibkarlıq hüququ”) maddəsi ilə təminat verilən hüququndan yararlanaraq əmlakından və imkanlarından istifadə etməklə başqaları ilə birlikdə azad sahibkarlıq və digər iqtisadi fəaliyyət növü ilə məşğul olmağı sürdürən sahibkar Yenilik kənd sakini Roman Sərkər oğlu Pənahovu da özünə iş -kənd təsərrüfatı ortağı edib. İcarə müqaviləsinin uzadılması və ya yeni müqavilənin bağlanması ilə bağlı illərlə Ağsu RİH və müvafiq bələdiyyəyə müraciət etsə də, hər dəfə 2-5 min manat arası icarə, torpaq vergisi adı ilə haqq ödəsə də, cinayətkar saxtalıqla (Ağsu rayon məhkəməsi zərərçəkmiş torpaq yiyəsinə qarşı cinayəti təsbit etsə də, 2019-cu ildə müddətin keçməsi “əsası” ilə cinayət işinə xitam verib) qanuni hüququ təmin olunmayan fermer Şəki İnzibati Məhkəməsində Xanbulaq bələdiyyəsinə qarşı “istifadəsində olan torpaq sahəsinə dair icarə müqaviləsinin bağlanılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi ilə iddia qaldırıb. Bu arada iddiaçının iş ortağı Roman Pənahov Qarabağ Vətən savaşına qatılıb və 2020-ci ilin noyabrında Şuşa uğrunda Daşaltıda şəhid olub. Şəhidə, Daun sindromlu uşağın ailəsinə haqsızlıq ediləcəyinə inanmayan fermer arxayınlaşıb . Şəki İnzibati Məhkəməsinin hakimi İlqar Cabbarov isə tərəfləri çağırmadan , cavabdeh bələdiyyənin 18.02.2021 tarixli teleqramını və özünün daxili inamını “əsas

tutub” , 24.02.2021 tarixli 2-1 (116)-103/2021 saylı Qərar ilə iddianı təmin etməyib. Hakimin açıq-aşkar bələdiyyənin 5 gün qabaqkı torpaq sahəsinin guya örüş sahəsi olması barədə teleqramını “əsas” tutması, iddia tərəfinin icarə müqaviləsi bağlanılmasına heç bir qanuni əsasının olmaması nəticəsinə gəlməsi yalnız və yalnız qeyri-prosessual münasibətdən qaynaqlanır. Məhkəmə qərarını əsaslandıra bilməyib və iddiaçının mülkiyyət, sahibkarlıq, icarə hüququnun olmamasına “əsaslanması” faktiki olaraq iddia tərəfinin Azərbaycan vətəndaşı olmadığını təsbit etməklə nəticələnib . Azərbaycan Respublikası Mülki Məcəlləsinin 720.1.2-ci maddəsinə görə, icarəçinin torpaq sahəsində iqtisadi mövcudluğunun əsasını təşkil edən müəssisəsi olduqda torpaq sahəsi yenidən həmin şəxsin icarəsinə verilir. Vurğuladığımız kimi, iddiaçı tərəfin həmin torpaq sahəsində özünün, iş ortağının və ailəsinin dolanışığının iqtisadi əsasını təşkil edən bir neçə ferma, mal-qoyun tövlələri, yaşayış və qeyri-yaşayış binaları var. Məhkəmə vətəndaşın mülkiyyət hüququna necə qəsd edə bilər? ! Eyni zamanda, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 16-cı maddəsinə görə, örüş sahələri icarəyə verilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında “ 29.06.2001 tarixli Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə görə, qanunsuz istifadə edilən torpaq sahələrini geri almaq mümkün olmadıqda, həmin istifadəçinin adına sənədləşdirilir. Yəni, əslində, məhkəmənin iddianı təmin etməmək üçün heç bir qanuni əsası olmayıb, sadəcə cavabdehlə qeyri-prosessual münasibət əsas olub. Bunu isə Konstitusiya , Prezident yolverilməz sayır.

İddiaçı sözügedən qərardan apellyasiya şikayəti verib. Eyni zamanda, marağına toxunan Şuşa şəhidinin atası Sərkər Pənahov da, qərar qüvvəyə minmədiyindən, 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi xahişi ilə vəsatət verib və Prezidentdən işin nəzarətinə götürülməsini diləyib".

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz