Axtarış...

Nazir işləyəcəyini dedi, amma bağçalar bağlıdır

Nazir işləyəcəyini dedi, amma bağçalar bağlıdır



Bir neçə gündür ki, Azərbaycanda bağçaların bağlanması ilə bağlı müəmma davam edir.

Bakı, Abşeron, Sumqayıt, Gəncə, Şəkidə məktəblərin aprelin 5-də bağlanacağı ilə bağlı qərar verilən gün Təhsil Nazirliyi bağçaların işləyəcəyini açıqladı. Növbəti gün isə bağçaların da məktəblər kimi aprelin 5-dən fəaliyyətini dayandıracağı ilə bağlı məlumatı Bakı Şəhər İcra Hakimiyyəti təsdiqlədi.

Maraqlıdır ki, aprelin 3-də isə təhsil naziri Emin Əmrullayev canlı yayımda aprelin 5-dən sonra da sözügedən şəhərlərdə bağçaların ənənəvi şəkildə fəaliyyətini davam etdirəcəyini vurğuladı.

Bildirək ki, bir-birinin ardınca bağçaların fəaliyyətiylə bağlı verilən zidd qərarlar ictimaiyyətdə çaşqınlıq yaradıb. Reallıq isə ondan ibarətdir ki, bu gündən etibarən dövlət bağçaları fəaliyyət göstərmir. Uşaqlarını səhər tezdən bağçaya aparan valideynlər bunun əyani şahidi olublar.

Məlumat üçün bildirək ki, Azərbaycanda dövlət bağçaları icra hakimiyyətlərinin nəzdində fəaliyyət göstərir. Belə bir məqamda Təhsil Nazirliyinin bu məsələyə reaksiyası da anlaşılan deyil.

Text-to-Speech

DİNLƏ






Şərh yaz